Yuxarı

İşgəncə görüntülərilə bağlı prokurorluqdan açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Baş Prokurorluğu ötən gün yayılan işgəncə görüntüləri ilə bağlı açıqlama verib.

Qurumun Mətbuat xidmətindən Axar.az-daxil olan açıqlamada deyilir:

"Bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində süni ajiotaj yaratmaq məqsədilə ictimaiyyətdə yanlış fikrin formalaşdırılmasına xidmət edən iyulun 14-dən 15-nə keçən gecə ictimai asayişin pozulmasına səbəb olan hərəkətlərin təşkil olunması, bu cür hərəkətlərdə fəal iştirak edilməsi və xidməti vəzifələrini yerinə yetirən hakimiyyət nümayəndələrinə zor tətbiq etməklə müqavimət göstərilməsi ilə müşayiət olunan hərəkətlərin törədilməsi faktları ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində istintaq olunan cinayət işi üzrə guya bir neçə şəxsin işgəncə və qeyri-insani rəftara məruz qalması ilə bağlı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində çəkildiyi iddia olunan fotolar yayılmışdır.

Qeyd olunan fotoların ölkə ərazisində çəkilməsi barədə iddialar tamamilə yalan və uydurma xarakter daşımaqla ictimai-siyasi sabitliyi pozmaq məqsədi güdür və cinayətkarlığa qarşı mübarizə sahəsində hüquq mühafizə orqanları tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlərin üzərinə kölgə salmağa xidmət edir.

Azərbaycan Respublikası Baş Prokurorluğu qəti olaraq bildirir ki, fotolarda yer alan şəxslər şahid, şübhəli, o cümlədən təqsirləndirilən şəxs və ya hər hansı digər statusda istintaqa cəlb olunmamış, həmin şəxslərlə əlaqədar Baş Prokurorluğun İstintaq idarəsində heç bir istintaq hərəkəti aparılmamışdır.

Azərbaycan Respublikası Baş Prokurorluğu bəyan edir ki, ölkəmizin informasiya sahəsində milli maraqlarına zidd olmaqla qanunvericilik aktlarının tələblərini qəsdən pozaraq həyata keçirilən məqsədyönlü tədbirlərə inamsızlıq yaratmağa xidmət edən, qərəzli, ictimai rəyi çaşdırmaq məqsədi güdən dezinformasiyaların yayılması yolverilməzdir".

Tarix
2020.08.12 / 11:44
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla