Yuxarı

15 yaşlı qıza təcavüz edən müəllimə verilən cəza şoka saldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
15 yaşlı qıza təcavüz edən müəllimə verilən cəza şoka saldı

Lerikdə düşüncəsi zəif olan 15 yaşlı məktəbli qızı hamilə buraxan 60 yaşlı müəllim Şəfahət Məmmədovun əməlinə görə 1 il həbs cəzası alması adekvat deyil.

Bunu Axar.az-a hüquqşünas Səməd Vəkilov deyib. O bildirib ki, Ş.Məmmədovun əməlində Cinayət Məcəlləsinin 152-ci maddəsinin tərkibi var:

“Məcəllədə həmin cinayət növünə görə 3 il azadlıqdan məhrumetmə nəzərdə tutulub. 15 yaşlı qızla əlaqədə olan və onu hamilə buraxan şəxsin 1 il cəza alması düzgün deyil. Əksinə qızın əqli zəifliyindən istifadə etməsi ağırlaşdırıcı hal kimi nəzərə alınmalıdır və ona ən yüksək cəza verilməlidir”.

Məsələ ilə bağlı saytımız Ailə Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsinə sorğu göndərib.

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyindən isə saytımıza bildirilib ki, məsələni artıq aidiyyəti qurumlar nəzarətə götürüb.

Qeyd edək ki, ötən gün İB-nin sədri Mehriban Zeynalova Lerikdə 15 yaşlı düşüncəsi zəif olan məktəbli qızla əlaqədə olan və onu hamilə buraxan müəllimi Şəfahət Məmmədovaya məhkəmə tərəfindən 1 il iş verilməsi barədə məlumat paylaşmış və bunu kəskin qinamışdı.

Tarix
2020.08.12 / 14:55
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Prezidentin Türkmənistana səfəri ilə bağlı video paylaşıldı

İlham Əliyev Türkmənistanda bu festivalda iştirak etdi - Foto

Prezident Türkmənistanda Paşinyanla söhbətləşdi - Foto

Dövlət başçıları Türkmənistanda konsert izlədi - Video

Prezident Türkmənbaşıda tədbirdə iştirak etdi - Foto

Onlar Azərbaycanla Ermənistan arasında müharibəyə çalışır!

Jirinovskinin daha bir öngörüsü düz çıxdı: taun - Video

Azərbaycan və Ermənistan rəsmiləri Gorusda görüşdü

Tokayevdən Azərbaycan açıqlaması: 20 milyard dollar...

ABŞ İrəvandakı bu mərkəzi Rusiyaya qarşı istifadə edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla