Yuxarı

“Aqrolizinq”in filial rəhbəri işdən çıxarıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Aqrolizinq”in filial rəhbəri işdən çıxarıldı

Salyanda filial rəhbəri işdən çıxarılıb.

Axar.az Report-a istinadən xəbər verir ki, “Aqrolizinq” ASC-nin Salyan filialının rəhbəri Elşən Bilal oğlu Soltanov tutduğu vəzifədən azad edilib. Məlumat Aqrolizinq ASC-dən də təsdiqlənib.

Qeyd edək ki, E. Soltanov bir neçə il idi ki, həmin filiala rəhbərlik edirdi.

Məlumat üçün bildiririk ki, “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2004-cü il oktyabrın 23-də imzaladığı sərəncamla yaradılıb. Səhmlərinin 100 faizi dövlətə məxsus olduğundan yarandığı vaxt Cəmiyyətə İqtisadi İnkişaf Nazirliyi nəzarət edib. 2009-cu il iyulun 21-də isə Prezidentin sərəncamına əsasən “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti Kənd Təsərrüfatı Nazirliyinin tabeliyinə verilib. ASC-nin məqsədi kənd təsərrüfatı məhsulları istehsalçılarının maddi-texniki bazasını yaratmaq, sahibkarları lizinq qaydası ilə mineral gübrə, texnika, damazlıq hevanlar, texnoloj avadanlıq, suvarma sistemi ilə təmin etmək, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki və hüquqi şəxslərə aşağı qiymətlərlə aqroservis xidmətlərini göstərməkdir.

Tarix
2020.08.12 / 23:00
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və Gürcüstan daha 18 sənəd imzalayacaq - Nazir

Boçorişvilinin qəbulu ilə bağlı videoçarx paylaşıldı - Video

Azərbaycan və Gürcüstan XİN rəhbərləri görüşdü

Sərdar Kılıç buna görə Paşinyanı təriflədi

Peskov: Avropalılar israr edir ki...

Prezident Maka Boçorişvilini qəbul etdi - Foto

Rusiyanın Ukrayna dronlarını vurduğu raketlərin qiyməti...

Azərbaycan və Monteneqro baş nazirləri görüşdü

Maka Boçorişvili Azərbaycanda səfərdədir

ABŞ-da Azərbaycan bayraqları endirilib? – Rəsmi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla