Yuxarı

“Azəriqaz” sayğaclarla bağlı açıqlama yaydı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Azəriqaz” sayğaclarla bağlı açıqlama yaydı

Son vaxtlar sosial şəbəkələrdə müzakirə olunan məsələlər sırasında qaz sayğaclarının dəyişdirilməsi ilə bağlı fikirlər dolaşmaqdadır. Bəzən də məsələnin mahiyyətini tam dərk etmədən dolaşıq fikirlər yaranır və bu da, sosial şəbəkələrdə yanlış istiqamətdə müzakirələrə yol açır. Ən çox smart-kart tipli sayğacların mexaniki sayğaclarla əvəzlənməsi ətrafında danışılır.

Axar.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyinin açıqlamasında qeyd edilib.

Bildirilib ki, Azərbaycanda bu ildən etibarən bütün fərdi yaşayış evlərində (yeni inşa olunan çoxmərtəbəli binalar istisna olmaqla) dövri yoxlama müddəti bitmiş smart kart tipli sayğaclar da mexaniki sayğaclarla əvəzlənir: “Bu barədə dəfələrlə açıqlamamız olub, maliyyə məsələlərindən irəli gələrək belə addım atılır. Yəni smart kart tipli sayğacla mexaniki sayğac arasında qiymət fərqi çoxdur. “Azəriqaz” İB isə hazırda dünyada enerji bazarında baş verən prosesləri, geriləmələri nəzərə alaraq, optimal variantı seçir”.

Bildirilib ki, dövri yoxlamaya gəldikdə isə bu, müvafiq dövlət qurumlarının təsdiq etdiyi qaydaların tələbidir: “Yəni istər sənaye, istər məişət qaz ölçü qurğularının əvəzlənməsi “Qazdan istifadə qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 4.3 bəndinə əsasən icra edilir. Qaydalara görə yoxlama Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən müəyyən edilmiş dövlət standartlarının tələblərinə uyğun olaraq həyata keçirilir. 2015-ci ildə təsdiq edilmiş “Yoxlamaya təqdim olunacaq ölçmə və sınaq vasitələrinin nomenklatur siyahısı və onların yoxlama dövriliyi” sənədində göstərilir ki, qaz sayğacları əhali abonent qrupunda 5 il, qeyri-əhali abonent qrupunda isə 3 ildən bir dövlət yoxlanışına təqdim olunur. Yəni bu prosesin tam qanuni əsası var”.

Tarix
2020.08.13 / 12:44
Müəllif
Axar.az
Digər xəbərlər

Araz Nəsirov vəzifəsindən azad olundu

Azərbaycan 19 ölkənin adından çağırış etdi

Türkiyə ilə İsrail arasında münaqişə olsa... - Tramp

Azərbaycanla bu ölkə arasında ilk məsləhətləşmələr keçirildi

Elektron müraciətlərlə bağlı dəyişikliklər qüvvəyə minir

Məktəb uşaqları həyata, yoxsa imtahanlara hazırlayır?

Prezidentdən bu dövlət qulluqçularını sevindirəcək qərar

İlham Əliyevdən mühüm fərman: Daha iki idarə yaradılır

"Yaşıl Teatr" və Bələdiyyə Teatrı meriyadan alındı

Bu institut ləğv edilir - Qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla