Yuxarı

Baş nazir 48 dövlət qurumuna tapşırıq verdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Baş nazir 48 dövlət qurumuna tapşırıq verdi

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov 48 mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, həmçinin dövlət qurumlarının rəhbərlərinə məktub göndərib.

Bu barədə Axar.az-a Nazirlər Kabinetinin Mətbuat Xidmətindən məlumat verilib.

Sənəddə dövlət qurumlarının rəhbərlərinə koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizənin təşkil edilməsini təmin etmək və icrasına ciddi nəzarət edilməsi ilə bağlı tapşırıqlar yer alıb.

Məktubda qeyd olunub ki, həmin dövlət orqanlarında işə cəlb edilən işçilərin sayı ən çoxu 50 faizə qədər (əvvəl bu 20 faiz idi) müəyyən edilməlidir.

Bundan başqa, dövlət orqanlarında 65 yaşdan yuxarı işçilər işə cəlb edilməməlidir.

Eyni zamanda həmin dövlət orqanlarında əməkdaşlar həftələr üzrə qrafik müəyyən edilməklə növbəlilik qaydasında işə cəlb edilməlidir.

Bu tapşırıqlar 10 avqust tarixindən 31 avqust tarixinədək 48 mərkəzi və yerli icra hakimiyyəti orqanları, həmçinin dövlət qurumlarında tətbiq edilməlidir.

Tarix
2020.08.13 / 14:05
Müəllif
Axar.az
Digər xəbərlər

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla