Yuxarı

“Araz” və “Rahat” market cərimələndi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Araz” və “Rahat” market cərimələndi - Foto

Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırıq və tövsiyələrinə əsasən koronavirus infeksiyasına yoluxma hallarının qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlər respublikanın digər rayonlarında olduğu kimi Binəqədi rayonunda da davam etdirilir.

Axar.az xəbər verir ki, Binəqədi Rayon İcra Hakimiyyəti və Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı tətbiq edilən qaydaları pozduqlarına görə Binəqədi rayonu, Azadlıq prospekti 10 ünvanında yerləşən “Araz” marketin rəhbərliyi barəsində İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən protokol tərtib olunaraq 500 manat, Biləcəri qəsəbəsi, Q. Məmmədov ünvanında yerləşən “Rahat” marketin rəhbərliyi isə İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən protokol tərtib olunaraq 300 manat cərimə olunub.

Eyni zamanda, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsi, döngə-1 ünvanında yerləşən “Bulaq” restoranının qeyri- qanuni fəaliyyət göstərərək karantin qaydalarını pozması aşkar edilib, obyekt sahibi İXM-nin 211.1 maddəsinə əsasən 3000 manat cərimə edilib.

Market rəhbərliyinə və obyekt sahibinə bir daha belə halların baş verilməməsi üçün xəbərdarlıq edilib.

Tarix
2020.08.13 / 16:02
Müəllif
Axar.az
Digər xəbərlər

Mehriban Əliyev Konstitusiya Günü ilə bağlı paylaşım etdi

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla