Yuxarı

Bakı polisi reyd keçirdi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı polisi reyd keçirdi - Foto

Koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə paytaxtda polis və DQ-nin hərbi qulluqçuları fəaliyyətinə icazə verilən obyektlərdə, ictimai nəqliyyatda, çimərliklərdə və əhalinin sıx olduğu yerlərdə gücləndirilmiş nəzarət-profilaktiki reydlər keçirilir.

Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən Axar.az-a verilən məlumata görə, paytaxtın bütün rayonlarında polis və DQ-nin naryad qrupları tərəfindən Nazirlər Kabineti yanında Operativ Qərargahın son qərar və göstərişlərinin icrası, karantin rejiminə əməl olunması üçün qeyri-ərzaq mallarının satışını həyata keçirən ticarət və əhaliyə məişət xidmətləri göstərən (iri ticarət mərkəzləri istisna olmaqla) obyektlərdə, küçə və prospektlərdə profilaktik söhbətlər aparılır, pandemiyasının təhlükələri, ondan qorunma yolları haqqında məlumatlar verirlər.

Tədbirlərdə sosial məsafəni gözləməyən, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (maskalardan) istifadə etməyən şəxslərə mövcud sanitar-epidemioloji tələblər izah olunur.

Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun profilaktikasına dair metodiki göstərişlərə əməl etməyən şəxslər barəsində inzibati tədbirlər görülür.

Nəzarət-profilaktiki tədbirlər davam etdirilir.

Tarix
2020.08.13 / 16:08
Müəllif
Axar.az
Digər xəbərlər

Yeni Konstitusiyanın qəbulu Ulu Öndərin adı ilə bağlıdır

Mehriban Əliyev Konstitusiya Günü ilə bağlı paylaşım etdi

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla