Yuxarı

Məhkəmə proseslərinin onlayn keçirilməsinə başlanıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məhkəmə proseslərinin onlayn keçirilməsinə başlanıldı

15 iyul tarixindən yeni Qanunun qüvvəyə minməsi ilə əlaqədar Ədliyyə Nazirliyi tərəfindən dərhal zəruri tədbirlər görülərək cinayət işləri üzrə məhkəmə proseslərinin videokonfrans formatında onlayn qaydada keçirilməsinə başlanılıb.

Nazirlikdən Axar.az-a verilən məlumata görə, artıq bu günədək məhkəmələr tərəfindən videokonfrans vasitəsilə 400-ə yaxın, o cümlədən nazirliyin Komissiyasının rəyləri nəzərə alınmaqla cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilmə ilə bağlı göndərdiyi təqdimatlara, habelə cəza siyasətinin humanistləşdirilməsi məqsədilə qəbul edilərək icrasına başlanılmış qanunvericiliyin tətbiqinə dair işlərə baxılıb.

Bu humanist institutların davamlı tətbiqi və bu məsələdə müasir informasiya texnologiyalarının istifadəsi nəticəsində cari ildə 1.727 nəfər vaxtından əvvəl azadlığa buraxılıb və ya yüngül rejimli müəssisəyə keçirilib ki, onların da 80%-ə yaxını, yəni 1.333 nəfəri indiki pandemiya şəraitinə təsadüf edir. Eyni zamanda, 493 həbs edilmiş şəxs, o cümlədən pandemiya dövründə 408 nəfər ev dustaqlığı və digər alternativ qətimkan tədbirlərinin tətbiqi nəticəsində həbsdən azad ediliblər.

Tarix
2020.08.13 / 23:12
Müəllif
Axar.az
Digər xəbərlər

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla