Yuxarı

Əli Abbasov işdən çıxarıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əli Abbasov işdən çıxarıldı

AMEA Rəyasət Heyətinin qərarı ilə əməkdar mühəndis Vasif Bilal oğlu Abbasov AMEA Yüksək Texnologiyalar Parkı MMC-nin direktoru vəzifəsinə təyin edilib. AMEA Yüksək Texnologiyalar Parkında (YTP) keçirilən tədbirdə Vasif Abbasov kollektivə təqdim olunub.

YTP-dən Axar.az-a bildirilib ki, tədbiri giriş nitqi ilə açan AMEA Rəyasət Heyəti Aparatının İşlər idarəsinin müdiri professor Elton Məmmədov V.Abbasovu kollektivə təqdim edərək onun şəxsi keyfiyyətləri, idarəçilik təcrübəsindən bəhs edib. O, Vasif Abbasovun öz zəngin idarəçilik təcrübəsi ilə YT Parkın fəaliyyətinin genişləndirilməsinə nail olacağına, bu vəzifənin öhdəsindən layiqincə gələcəyinə, qurumun inkişafına mühüm töhfələr verəcəyinə əminliyini ifadə edib və ona fəaliyyətində uğurlar arzulayıb.

Həmçinin, E.Məmmədov YT Parkın fəaliyyətinin Elmlər Akademiyası üçün əsas prioritet istiqamətlərdən birini təşkil etdiyini vurğulayaraq, son zamanlar YT Parkda əhəmiyyətli işlərin icra olunduğunu bildirib.

Tədbirdə çıxış edən Vasif Abbasov yeni vəzifəyə təyinatına görə AMEA-nın prezidenti akademik Ramiz Mehdiyevə və Elmlər Akademiyasının Rəyasət Heyətinə minnətdarlığını bildirib, Parka rəhbərlik edəcəyi dövrdə ona göstərilən etimadı doğruldacağını, qurumun fəaliyyətinin gücləndirilməsi üçün əlindən gələni əsirgəməyəcəyini vurğulayıb.

O, AMEA Yüksək Texnologiyalar Parkının innovativ layihələri həyata keçirən bir qurum kimi dövlətin bu istiqamətdə siyasətinə dəstək verəcəyini, elmi nəticələrin tətbiqi əsasında rəqabətqabiliyyətli məhsulların istehsalını və dünya bazarına çıxarılmasını əsas hədəf kimi qarşıya qoyan YT Parkda Azərbaycan iqtisadiyyatının davamlı inkişafını təmin etmək üçün bütün lazımi tədbirlərin görüləcəyini diqqətə çatdırıb.

Qeyd edək ki, indiyədək Yüksək Texnologiyalar Parkı MMC-nin direktoru postunu Əli Abbasov tuturdu.

Tarix
2020.08.14 / 11:17
Müəllif
Axar.az
Digər xəbərlər

Həyat yoldaşımla Şuşada daha çox qalmaq üçün... - Səfir

Qarabağa səfərlərin təşkili mühüm əhəmiyyətə malikdir

Diplomatlar Ağdərə və Kəlbəcərə yola düşdü

Trampın Ukrayna uğursuzluğunun səbəbi - Səfir açıqladı

Hikmət Hacıyev Şuşanın balaca sakinləri ilə görüşdü

Azərbaycana buna görə minnətdarıq - ABŞ

Britaniya Rusiyanın itkilərini açıqladı - Dəhşətli rəqəmlər

Ermənistanın Kərki kəndi olacaq, amma... - Paşinyan

Azərbaycanla Türkiyə arasında sənəd imzalandı

Şahbaz Şərif Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla