Yuxarı

Bakıda məşhur nəşriyyatda polis reydi... - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün “Qanun” nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu Daxili İşlər Nazirliyinin Çevik Polis Alayı əməkdaşlarının qapalı məkanlarda tibbi maskadan istifadə ilə bağlı reydi ilə əlaqədar olaraq mətbəəyə girməsinə və çəkiliş aparılmasına etiraz edib.

Axar.az xəbər verir ki, bu barədə o, sosial şəbəkədə videogörüntü yayımlayıb.

DİN-in Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Oxu.az-a bildirib ki, mətbəədə yoxlanış zamanı polis əməkdaşları qanunvericiliyin tələblərinə tam formada əməl ediblər:

“Beş aydır ki, polis əməkdaşları karantin rejiminə nəzarət edirlər. İstər avtobus, istər nəşriyyat, mağaza və digər qapalı məkanlar olsun, nəzarət qaydasında baxış keçirirlər.

Sözügedən bina şəxsi mülk olsa da, ora iş yeridir və polis də qaydalara əməl edilib-edilməməsinə görə reyd keçirib.

Nəyəsə görə oranın rəhbəri bunu anlayışla qarşılamır. Deyir ki, bura onun şəxsi mətbəəsidir. Ona qalsa, bütün restoranlar, kafelər, mağazalar kiminsə obyektləridir. Belə çıxır ki, kim necə istəsə, karantin rejiminə riayət etməyə bilər?”

O, polis əməkdaşlarından birinin maska taxmamasının görüntülənməsindən də danışıb:

“Polislərdən biri qara, digəri ağ maska taxıb. Videonun əvvəlində görülən görüntüdə isə polis əməkdaşı danışan zamanı sosial məsafəni qoruyaraq, maskanı çıxarıb sözünü deyir, sonra yenə maska taxır”.

Tarix
2020.08.14 / 16:27
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla