Yuxarı

Oqtay Şirəliyev Kubadan gələn tibb heyəti ilə görüşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səhiyyə naziri Oqtay Şirəliyev Kubanın Azərbaycandakı səfiri Alfredo Fidel Nieves Portuondo və COVID-19 pandemiyası ilə mübarizəyə dəstək məqsədi ilə Kubadan gələn tibb heyətinin rəhbəri professor Dalsy Torres Avilla ilə görüşüb.

Bu barədə Axar.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.

Toplantını giriş sözü ilə açan Səhiyyə Naziri Oqtay Şirəliyev Azərbaycanın COVID-19 pandemiyası ilə mübarizə və müalicə üsullarından danışaraq ölkədəki səhiyyə vəziyyəti haqqında məlumat verib və bildirib ki, bu sahədə əldə olunan nailiyyətlər ölkə başçısı İlham Əliyevin səhiyyənin inkişafına göstərdiyi diqqət və qayğının nəticəsidir.

Nazir çıxışında kubalı həkimlərin müalicə üsulları və istifadə olunan dərman vasitələri ilə bağlı müsbət nəticələrin əldə olunduğunu xüsusilə vurğulayıb.

Heyətin rəhbəri, professor Dalsy Torres Avilla çıxışı zamanı Azərbaycanda xəstəxana-müalicə infrasturukturunun yaradılmasından danışıb. Heyət rəhbəri bildirdi ki, həkim və orta tibb işçisi potensiyalının kifayət qədər olması təqdirəlayiq haldır. Bunun da yalnız koronavirus xəstələrinin deyil, digər xəstəliklərin də müalicəsinə böyük təsiri olduğunu bildirib və kubalı həkimlərinin ixtiralarının koronavirus infeksiyasının müalicəsində effektiv təsirlərinin olduğunu vurğulayıb.

Xoş və qarşılıqlı anlaşma şəraitində keçən görüşdə səhiyyənin digər sahələrində də gələcəkdə əməkdaşlığın məqsədyönlüyüyü vurğulanıb.

Tarix
2020.08.14 / 17:04
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyevin demədikləri...

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi...

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla