Yuxarı

DTX həbsləri burada da başladı - Millət vəkili

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Etimad edilmiş sahədə xalqına, dövlətinə ləyaqətlə xidmət etməyən şəxsləri eyni aqibət gözləyir.

Bu sözləri Axar.az-a millət vəkili Elman Nəsirov Azərbaycanın sabiq Baş prokuroru, Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinadakı səfiri Eldar Həsənovun həbs edilməsi haqda danışarkən deyib.

O bildirib ki, Azərbaycan hüquqi dövlətdir, istintaqa cəlb edilən şəxsin cinayətkar olub-olmaması ilə bağlı son qərarı məhkəmə verəcək:

“DTX-nin yaydığı bəyanatdan da məlum olur ki, Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinadakı səfiri Eldar Həsənovun fəaliyyətində cinayət tərkibli faktlar olub. Həmin faktlar içində böyük həcmli vəsaitin mənimsənilməsi, iqtisadi cinayətkarlıq məsələləri ilə bağlı ittihamlar var”.

Elman Nəsirov qeyd edib ki, bənzər həbslər bundan öncə icra hakimiyyəti və nazirliklərdə də olub:

“İndi isə diplomatik korpusun nümayəndələri ilə bağlı analoji hadisələrin baş verdiyini görürük. Bu, bütün məmurlar üçün bir daha dərs olmalıdır. Ölkə Prezidenti İlham Əliyevin hər bir məmur qarşısında qoyduğu məsələ budur. Çox aydın bir mövqedir. Belə olan vəziyyətdə belə kimlərsə dərs almırsa, layiq olduğu şəkildə cəzalandırılır”.

Tarix
2020.08.14 / 17:16
Müəllif
Turan Rzayev
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla