Yuxarı

Uşaqpulu məsələsi payızda həll ediləcək - Deputat

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Uşaqpulu məsələsi payızda həll ediləcək - Deputat

Uşaqpulu məsələsi Milli Məclisin əvvəlki iclaslarında da bir neçə dəfə səsləndirilmişdi. Bu da normaldır, çünki seçicilərlə görüşlərimizdə vətəndaşların ən çox istədiyi məsələ uşaqpulunun bərpa edilməsidir.

Bunu Axar.az-a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Əziz Ələkbərli deyib. Millət vəkili hesab edir ki, bu, indiyə qədərki sosial yardım paketlərinin bir hissəsini sıradan çıxaracaq:

“Çünki kasıb ailələrin əksəriyyəti çoxuşaqlıdır. Əgər bu ailələr müəyyən miqdarda uşaqpulu alacaqlarsa, artıq ailəyə daxil olan sabit gəlirləri olacaq və onların sosial yardıma ehtiyacı qalmayacaq. Digər tərəfdən, bir çox sosial paketlərin tətbiqi zamanı bəzi bölgələrdə bu sahədə müşahidə etdiyimiz əliəyrilik, tamahkarlıq, rüşvətxorluq, vəzifədən sui-istifadə kimi neqativ hallar aradan qaldırılacaq”.

Millət vəkili qeyd edib ki, payız sessiyasında Milli Məclisin bu məsələyə yenidən qayıdacağına və məsələnin vətəndaşların xeyrinə həll olunacağına inanır:

“Bu, dövlətimizin və dövlət başçımızın sosial sahədəki uğurlu siyasətinin məntiqinə tamamilə uyğundur”.

Tarix
2020.08.15 / 08:45
Müəllif
Tural Turan
Digər xəbərlər

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla