Yuxarı

Rayonlara gediş-gəliş müzakirə olunur - Hacıyev

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rayonlara gediş-gəliş müzakirə olunur - Hacıyev

Rayonlara gediş-gəliş müzakirə olunur.

Axar.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

"Burada rayonlar və paytaxt daxilindəki epidemioloji vəziyyət diqqətdə saxlanılır. Qarşıdakı dövrdə bu məsələ ilə bağlı qərar qəbul olunacaq. Ezamiyələr ilə vətəndaşların rayonlara getməsi nəticəsində rayonlarda yoluxma statistikasında nisbətən artım müşahidə olunub", - o bildirib.

H.Hacıyev əlavə edib ki, pandemiya dövrü səbəbilə ölkəmizdə dini mərasimlərin keçirilməsi zamanı kütləviliyə yol verilməməsi üçün vətəndaşlardan qaydalara riayət etmələri xahiş olunur:

"Vətəndaşlarımızın bu qaydalara ciddi riayət edəcəklərini gözləyirik. İnsanların karantin qaydalarına riayət etmələri sayəsində biz bu nəticəyə nail olmuşuq. Qarşıdakı dövrdə də bu qaydalara əməl etməklə tendensiyanı əldə saxlayacağıq".

Tarix
2020.08.15 / 11:18
Müəllif
Axar.az
Digər xəbərlər

TRİPP-də başqa ölkələrin qüvvələri olmayacaq - Xandanyan

Azərbaycan XİN Pakistanı təbrik etdi - Foto

Prezidentin bu fikirləri beynəlxalq medianın diqqət mərkəzindədir

Xankəndi, Ağdərə və Xocalı ilə Kluj-Napoka arasında əlaqələr...

XİN-dən mina partlayışları ilə bağlı paylaşım

Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...

Prezidentin Zəngəzur dəhlizi ilə bağlı bu ifadəsi... - Şərh

Ermənistana 20 vaqon buğda göndərildi

Azərbaycanlı mütəxəssislər iki dəfə Ermənistana səfər ediblər

Prezident Almaniyanın yeni səfirini qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla