Yuxarı

Qaydanı pozan restoranlar bağlanacaq - Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qaydanı pozan restoranlar bağlanacaq - Rəsmi

Karantin rejimində yumşalmalar tətbiq olunur və açıq havada fəaliyyət göstərən xidmət sahələrinin də açılması bu qaydalara daxildir.

Axar.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

O bildirib ki, iaşə müəssisələrində axşam saat 22:00-dan sonra xidmət göstərilməsinə imkan verilmir:

"Təsərrüfat sahələrində işçilər tibbi maskalardan istifadə etməli və onların tibbi maskadan istifadə etməsinə nəzarət olunmalıdır. Eyni zamanda giriş-çıxışıa dezinfeksiya məhlulları qoyulmalıdır. Maskasız müştərilər müəssisəyə buraxılmamalıdır. İş saatının bitməsinə ciddi nəzarət olunacaqdır. Bu tələblərin pozulmasına görə qanunla müəyyən olunmuş cərimələr tətbiq ediləcək. Belə ki, fiziki şəxslər 200 manat, hüquqi şəxslər 400 manat cərimə ödəyəcək. Qayda ikinci dəfə pozulduğu zaman isə cərimələrin miqdarı iki qat artırılacaq. Qaydanın pozulmasından asılı olaraq şəxslər cinayət məsuliyyətinə də cəlb oluna bilər. Açıq havada fəaliyyət göstərən iaşə müəssisələri ən azı 3 tərəfdən açıq havada olmalıdır".

Onun sözlərinə görə, əgər iaşə obyektləri vaxtaşırı qaydaları pozarsa, onların fəaliyyəti dayandırılacaq.

Tarix
2020.08.15 / 11:34
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

Bu məhsulların gömrük rüsumları dəyişdi

İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı

Axtarışda olan şəxs Azərbaycana gətirildi

Nazirlər Kabinetindən bu nazirliklə bağlı vacib qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla