Yuxarı

Övladına “Dilənçi”, “Xoruz” adı qoyanlar... - Sosioloq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Valideynlərin övladları qarşısında daşıdığı ilk öhdəlik onlara gözəl, həyatları boyunca daşımaqdan qürur duyacaqları bir ad verməkdir.

Bu sözləri Axar.az-a açıqlamasında sosioloq Əhməd Qəşəmoğlu Nazirlər Kabinetinin qərarı ilə uşaqlara gülünc adların verilməsinə qoyulan qadağalar haqda danışarkən deyib. O bildirib ki, Nazirlər Kabinetinin bu qərarı yerində və doğru bir qərardır:

“Təəssüf ki, bu gün gündəlik həyatımızda da gülünc adlar daşıyan insanlara rast gəlirik. Məsələ ondadır ki, heç kəs öz adını özü seçmir. Bizə verilən adlar valideynlərimizin və ya böyüklərimizin məsləhət bildiyi adlar olur. Lakin heç də hər insan öz adından məmnun deyil.

Unutmayaq ki, körpəyə verilən ad onun sonrakı həyatına təsir edir. Dinimizdə də bu məsələyə olduqca həssas yanaşılır. İslam dinində övlada gözəl bir ad vermək valideynlərə borc bilinib. Hətta ad insanın psixoloji durumuna təsir edir. Aparılan sosial araşdırmalarda müəyyən edilib ki, cəmiyyətdə bir çox təhlükəli cinayətkar və ya qeyri-qanuni işlərlə məşğul olan insanların psixoloji vəziyyətinə onların daşıdığı adların təsiri böyükdür”.

Sosioloq uşaqlara gülünc adların verilməsi haqda danışıb:

“Uşaqlara gülünc adlar verilməsinin bir sıra səbəbləri var. Burada dövrün şərtləri, yeni kəşflər və ya batil inanclar öz sözünü deyir. Məsələn, sovet dövründə ölkədə “Traktor”, “Kombayn”, “Buruq” kimi adların uşaqlara verilməsi halları vardı.

Nə qədər qəribə səslənsə də, “Dilənçi” adı da var. Valideynin övladına belə bir ad vermə səbəbi isə adın özündən də gülüncdür. Birinci və ikinci övladını itirən valideyn batil inanca əsaslanıb, övladına “Dilənçi” adını qoyur. Bəzi valideynlər isə sırf birinci uşağın adı ilə həmqafiyə olsun deyə uşağına gülünc ad verməkdən çəkinmir. Məsələn, bir tanışım ilk övladı olan qızına “Tovuz” adını vermiş, ikinci qızına isə ona bənzəsin deyə, “Xoruz” adı qoymuşdu”.

Sosioloqun fikrincə, uşaqlara gülünc adların verilməsinin qarşısının alınması üçün ən effektiv yol inzibati cəza tədbirləridir:

“Valideynlərin övladlarına gülünc adlar qoyması, əslində, uzun müddətdir davam edən bir tendensiyadır. Bu kimi halların qarşısını almaq üçün müxtəlif formada maarifləndirici tədbirlər aparılır. Lakin təəssüf ki, biz bunun yetərli olmadığını görürük. Bu mənada bu kimi halların qarşısını effektiv şəkildə almağın yeganə yolu inzibati cəza tədbirləri tətbiq etməkdir”.

Tarix
2020.08.15 / 17:50
Müəllif
Tural Turan
Şərhlər
Digər xəbərlər

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla