Yuxarı

Yardımlıda xüsusi reyd: 33 mobil qrup...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yardımlıda xüsusi reyd: 33 mobil qrup...

Yeni növ koronavirus (COVİD-19) pandemiyası ilə mübarizə məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi karantin rejimi tətbiq edilməyən bölgələrdəki vəziyyətlə bağlı tapşırıqlarına müvafiq olaraq Yardımlı Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının və aidiyyəti dövlət qurumlarının əməkdaşlarından ibarət yaradılmış 33 mobil qrup tərəfindən mütəmadi reydlər keçirilir.

Axar.az xəbər verir ki, reydlər zamanı vətəndaşlara, ictimai iaşə obyektində çalışan şəxslərə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üçün tibbi maskalardan istifadə etmələri, sosial məsafənin qorunması və şəxsi gigiyena qaydalarına düzgün riayət etmələri tövsiyə olunur, xüsusi karantin rejimi qaydalarını pozanlar barədə ciddi tədbirlər görüləcəyi bildirilir.

Bununla yanaşı, vətəndaşların daha çox müraciət etdiyi dövlət orqanlarının, “Azərpoçt” MMC-nin rayon şöbəsinin, “Kapital Bank”ın filialının və bir sıra xidmət təşkilatlarının inzibati binaları, apteklər, marketlər, bərbərxanalar, gözəllik salonları, bankomatlar, ödəniş terminalları və bütün yaşayış məntəqələri mütəmadi olaraq dezinfeksiya edilir.

Tarix
2020.08.15 / 23:06
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

İranın zərbə endirəcəyi ölkələrin siyahısı yayıldı

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla