Yuxarı

Şabrandakı yanğın söndürüldü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

16:17

Şabran rayonunun Əmirxanlı kəndi yaxınlığında açıq sahədə yanğın baş verib.

Axar.az xəbər verir ki, yanğınsöndürmə işlərinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri cəlb edilib.

Görülən operativ tədbirlər nəticəsində yanğının yayılmasının qarşısı alınıb. Yanğın qısa müddətdə söndürülüb. Hadisə nəticəsində 5 hektar sahədə quru ot və kol-kos yanıb.

Faktla bağlı araşdırma aparılır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova isə bildirib ki, Bakı-Quba yolunun Şabran rayonundan keçən hissəsində, bələdiyyə ərazisində quru ot örtüyündə baş vermiş yanğın sonradan Şabran Regional Meşə Təsərrüfatı Mərkəzinin Dəvəçi meşəbəyliyinə keçib.

"Yanğının söndürülməsi üçün əraziyə nazirliyin əməkdaşları və FHN-nin yanğınsöndürmə dəstəsi cəlb edilib. Yanğının əhatə etdiyi ərazi hündür yamaclıqdan ibarət olduğundan əsasən əl əməyindən istifadə edilməklə həyata keçirilən intensiv tədbirlər nəticəsində saat 16:00 radələrində yanğın söndürülüb. İlkin hesablamalara görə, meşə fonduna aid 5 hektar ərazidə quru ot örtüyü yanıb, ağaclara ziyan dəyməyib", - İbrahimova bildirib.

Nazirliyin sözçüsü belə yanğınların baş verməməsi üçün vətəndaşlara müraciət edərək bildirib ki, odla ehtiyatlı davransınlar, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etsinlər.

Tarix
2020.08.16 / 17:47
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentlər Çingiz Aytmatovun abidəsinin açılışında...

Türkiyə Zəngəzur dəhlizi ilə bağlı işlərə başladı

Ukraynalı deputatlardan etiraz: Rubenin Nobelə təqdimatı...

Delimitasiya prosesində vacib məqam... - Əmirbəyov

Ərdoğandan “erməni soyqırımı” ilə bağlı mesaj

Japarov Ağdamda məktəbin tikintisi barədə danışdı

Bu, Putinin Əliyevə böyük jesti idi - Kalaşnikov

ABŞ konqresmenləri Bakıda: MM-də mühüm müzakirə...

Ermənistana hərbi texnika daşınır: Bakı qərar verəcək - Ekspert

Japarov Bakıda: Mühüm iclas keçirildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla