Yuxarı

Məhərrəmlikdə canlı yayımlar olacaq - Hacı Şahin

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məhərrəmlikdə canlı yayımlar olacaq - Hacı Şahin

Pandemiya ilə əlaqədar məscidlər bağlıdır. Çalışacağıq ki, Məhərrəm ayında mənəvi boşluğu canlı yayım və sosial şəbəkələr vasitəsilə dolduraq.

Bunu Axar.az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndəsi, ilahiyyatçı Hacı Şahin deyib. O bildirib ki, bu məsələ QMİ-də müzakirə ediləcək:

“Məhərrəmlik ayında din xadimlərinin canlı yayım vasitəsilə müəyyən çıxışları ola bilər. İnsanlar bu çıxışları dinləyərək özlərində yaranmış müəyyən mənəvi boşluqları doldurarlar. Düşünürəm ki, Məhərrəmlikdə din xadimləri Ramazan ayında və Qurban bayramında olduğu kimi, sosial şəbəkələrdə canlı yayım vasitəsilə çıxış edəcəklər”.

Hacı Şahin hər kəsi pandemiya ilə əlaqədar elan edilmiş karantin qaydalarına əməl etməyə çağırıb.

Qeyd edək ki, bu il Azərbaycanda Məhərrəm ayı avqustun 21-də başlayacaq.

Tarix
2020.08.17 / 09:25
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Qarabağ izli qanlı cinayət: Nazaryana ittiham irəli sürüldü

Sülhə gedən yolda son maneə onlardır - Paşinyan

Əliyev çox layiqli liderdir, biz də bu məsələləri... - Kobaxidze

Mansur Yavaş prezidentliyə namizəd olacaq? – Özü danışdı

Gürcü nazir də türklərin döyülməsindən danışdı

Prezidentdən Mavritaniyanın dövlət başçısına məktub

İlham Əliyev Albaniya prezidentini təbrik etdi

Azərbaycan XİN Albaniyanı təbrik etdi

Gürcüstanda azərbaycanlılar və türklər həbs edildi

Rusiya bu məhsulu Ermənistana satacaq, Azərbaycana yox

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla