Yuxarı

Bələdiyyələr kimə lazımdır? - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bələdiyyələr kimə lazımdır? - Video

Qanunvericilikdə bələdiyyələr yerli idarəetmə orqanlarına söykənir. Lakin adi vətəndaşlar onları torpaq satan orqanlar kimi tanıyır, bəs əslində bələdiyyələrin funksiyaları nədir?

Konstitusiyada və bələdiyyələr haqqında qanunda da göstərilir ki, bələdiyyə elə bir qurumdur ki, o hakimiyyətlə vətəndaşlar arasında yerli özünü idarə etməni tənzimləməli, yəni təmsil etdiyi əhalinin problemləri ilə maraqlanmalı, əhatə etdiyi ərazidə infrasturukturun qurulmasını təhsil, səhiyyə, rabitə müəssiəslərinin, park və yolların təmir bərpasını vaxtlı-vaxtında təmin etməlidir. Hazırda, ölkə üzrə 1718 bələdiyyə fəaliyyət göstərir. Və bu bələdiyyələrin illik ümumi gəliri 35 milyon manatdan çoxdur. Orta hesabla bir bələdiyyəyə düşən vəsait 20 min manatdan artıqdır. Amma statistika da göstərir ki, bələdiyyələr əllərində olan vəsaitlərlə yalnız öz işçilərinin maaşlarını verməyə xərcləyir. Ötən il işçilərinin saxlanılmasına az qala büdcəsinin yarısını xərcləyən bələdiyyələrin siyahısında kommunal və yolların salınması xərcləri ən son sıralarda dayanıb. Vəziyyət heç bu il də dəyişməyib.

Amma bu o demək deyil ki, bələdiyyələr gəlirsiz sahədir. Çünki bələdiyyələr həm əhalidən əmlak və torpaq vergisi toplayır, həm də əllərində olan torpaqları icarəyə vermək, satmaqla məşquldurlar. Bu rəsmi statistikada da açıq-aydın görünür. Ötən il bələdiyyələrin gəlirlərinin yarıdan çoxu, yəni 55.5 faizi torpaq satışından, 20.3 faizi torpaqlarının icarə verilməsindən ibarət olub. Üstəlik hər il dövlət büdcəsindən bələdiyyələrə 5,2 milyon manat dotasiya da ayrılır. Amma reallıq budur ki, bələdiyyələr hətta əllərində olan bu vəsaitləri də düzgun istifadə etmir.

Bələdiyyələrin vəsaitlərini düzgün xərcləmədiklərini, hətta Ədliyyə Nazirliyinin bələdiyyələrlə iş mərkəzi də təsdiqləyir.

Bələdiyyələrlə İş Mərkəzinin sədri Mehdi Səlimzadə: "Dövlət büdcəsi necə yaradılırsa, necə təsdiqini və icrasını tapırsa, bələdiyyənin də büdcəsi eyni qaydada işlənməlidir, hazırlanmaıdır, təsdiq olunmalıdır və icra edilməlidir. Amma təəssüflər olsun ki, bəzi hallarda daxil olan vəsait nəzərdə tutulan istiqamətə deyil, təmamilə səmərəsiz bələdiyyənin inkişafına xidmət etməyən istiqamətlərə xərclənir".

Önümüzdəki il həm də bələdiyyələrə yeni seçkilər ili olacaq. Çirkli nəfsini idarə edə bilməyən bələdiyyə isə çətin ki, köhnə əməlləri ilə yeni dövrdə şəffaf işləsin. Ona görə də bələdiyyə sistemində ciddi islahatların aparılması qaçılmazdır. (ANS)

Tarix
2013.12.23 / 23:55
Müəllif
Axar.az
Digər xəbərlər

Rəşt–Astara dəmir yolu nə vaxt hazır olacaq? - İrandan açıqlama

Bakı ilə Roma arasında hərbi əməkdaşlıq müzakirə olundu

Prezidentin səhhəti pisləşəndə Mehdiyev Moskvaya zəng etdi

Azərbaycanda Vatsap istifadəçilərinə xəbərdarlıq

Bakının üç rayonunda qaz təchizatı dayandırılır

Bakı onlarla tərəfdaşlığa sadiqdir - XİN rəsmisi

Azərbaycan və Niderland arasında mühüm müzakirə

FHN yanında İctimai şuranın üzvləri bir araya gəldi

Ermənistanla sərhəddə mina partlayışı: XİN-dən reaksiya

Mirzoyan Rubionun müavini ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla