Yuxarı

Azərbaycanda yeni məzar standartları yaradılır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda yeni məzar standartları yaradılır

Qəbiristanlıqlar yaşayış yerlərindən ən azı 100 metr aralı olmalıdır.

Trend xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bu gün Mətbuat Şurasının təşəbbüsü ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birlikdə "Milli-mənəvi və dini dəyərlər: Tarixlik, müasirlik" mövzusunda KİV rəhbərləri ilə təşkil edilən görüşdə söyləyib.

Onun sözlərinə görə, hazırda Nazirlər Kabinetində məzarlıqlarla bağlı qanun layihəsi hazırlanır: "Qanun layihəsində qəbirlərin ölçüləri, məzarlıqlarla bağıl qaydalar öz əksini tapıb. Qəbiristanlıqlar yaşayış yerlərindən ən azı 100 metr aralı yerləşməlidir. Orada şəhidlərlə bağlı maddələr də var. Qəbirlərin ölçüləri də göstərilir. Qəbirdə baş daşı hündürlüyü 50 sm olan qiymətli olmayan adi daşdan olacaq, sinəüstü daş isə 60 sm olacaq. Orada qəbirlərin ara məsafələri də müəyyənləşdirilib".

Komitə sədri qeyd edib ki, istisna hallarda, əgər ər-arvaddırlarsa, qəbrin yanında 1 nəfər üçün yer saxlanıla bilər: "Qəbirlər sıralanacaq, yalnız ər və arvad üçün istisnalar olacaq, yəni ərin məzarının yanında arvadı, arvadın məzarının yanında ər üçün yer saxlanıla bilər".

M.Qurbanlı qeyd edib ki, pullu məzarlıqlar olmayacaq. Lakin Şərəf qəbiristanlıqlarında istisnalar nəzərdə tutulur. Bu məhdudiyyətlər dövlət və millət qarşısında xidmətləri olanlara aid edilmir.

Tarix
2015.04.17 / 15:05
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Antalyadakı Ekspo Mərkəzinə gəldi

Konstitusiyamız demokratik inkişafa təminat yaradır

Bu ölkə Azərbaycanda səfirlik açır

İlham Əliyev Bolqarıstan prezidentinə başsağlığı verdi

Bu gün Antalyada COP31 Liderlər Zirvəsi keçiriləcək

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla