Yuxarı

Çobanı güllələyən mühafizəçilər həbs olundu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Çobanı güllələyən mühafizəçilər həbs olundu

Dəmir yolu parkını mühafizə edən vəzifə səlahiyyətlərini aşmış mühafizə əməkdaşları tutulub.

Axar.az Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, aprelin 15-də Sumqayıt şəhərinin ərazisində Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin Mühafizə İdarəsinin əməkdaşları T.Ağabəyovun və A.Mursayibovun mühafizə etdikləri Şirvan deposunun dəmir yolu parkının ərazisinə daxil olmuş R.Qurbanovun istiqamətində tabel silahından atəş açmaları və sonuncunun ölməsi faktı ilə əlaqədar 16.04.15 tarixdə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) və 309-cu (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə cinayət işi başlanıb.

Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində T.Ağabəyov və A.Mursayibov tutulub, hadisəni törədərkən istifadə etdikləri 2 ədəd xidməti "Revolver" tipli tapança götürülüb.

Qeyd edək ki, qohumları R.Qurbanovun həmin ərazidə heyvan otardığını, itirdiyi heyvanları tapmaq üçün Şirvan dəmiryolunun ərazisinə daxil olduğunu bildiriblər.

Tarix
2015.04.18 / 13:58
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

Naxçıvana hücum olur, Türkiyədə Bakı ittiham edilir...

Öcalan azadlığa çıxdı - Sensasiya

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla