Yuxarı

“Səni axtarıram”ın müəllifinin adı açıqlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Səni axtarıram”ın müəllifinin adı açıqlandı

Artıq bir neçə gündür ki, ATV telekanalının rəhbəri Vüqar Qaradağlı ilə məşhur teleaparıcı Xoşqədəm Hidayətqızı arasındakı qalmaqal səngimək bilmir.

Bu həftə mətbuat konfransı keçirən Xoşqədəm Hidayətqızı "Səni axtarıram" layihəsinin tam olaraq özünə aid olduğunu, lakin ona verilən efir vaxtı və hörmətdən dolayı layihənin Müəlliflik Hüququ Agentliyində qeydiyyatdan keçərkən ATV telekanalının da müstəsna hüquq sahibi olmasını özü istədiyini bildirib.

Hidayətqızının bu açıqlamasından sonra ATV telekanalının hazırki prezidenti Vüqar Qaradağlı "Səni axtarıram" layihəsinin telekanalın keçmiş vitse-prezidenti Həsən Abdullayevə aid olduğunu bildirib.

"Veriliş ATV-də yaranıb. O vaxt vitse-prezident vəzifəsində çalışan Həsən müəllimin rəhbərliyi və məsləhəti əsasında bu lahiyə ərsəyə gətirilib. Yəni bu layihə kənarda hansısa prodakşının və yaxud da konkret bir şəxsin beyninin məhsulu olmayıb. ATV-nin məhsulu olub".

Publika.az-a eksklüziv açıqlamasında Həsən Abdullayev "Səni Axtarıram" layihəsi ilə heç bir əlaqəsi olmadığını bildirib.

"Bu məsələ ilə bağlı saytlar 3-4 gündür məni yığır və narahat edir. Əslində o vaxt Xoşqədəm xanım mənə yaxınlaşaraq ideya barədə məlumat verib və belə bir veriliş yaratmaq istədiyini bildirib. Məndən efir vaxtı istəyib, mən də Xoşqədəm xanıma efir vaxtı vermişəm. Öz layihəsini bizim telekanalda həyata keçirib. Bu gün kim nə deyirsə, onun mənə heç bir aiddiyyatı yoxdur. Bu layihənin mənimlə əlaqəsi yoxdur. Bu Xoşqədəm Hidayətqızının ideyasıdır".

Tarix
2015.04.18 / 19:37
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev polşalı həmkarına başsağlığı verdi

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx

XİN Atatürkün anım günü ilə bağlı paylaşım etdi

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla