Yuxarı

Kişi İH-in önündə özünü yandırdı - Baş həkim isə...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

14:50

Bu gün Bərdə Rayon İcra Hakimiyyətinin qarşısında 50-55 yaşlarında kişi özünü yandırmağa cəhd edib.

Bu barədə Axar.az-a Bərdə sakinləri məlumat verilblər. Bildirilib ki, ətrafdakıların yardımı ilə onun bu cəhdinin qarşısı alınıb və xəsarətlər alan naməlum şəxs xəstəxanaya yerləşdirilib.

İntihara cəhdin səbəbi bilinmir.

***

Bərdə Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Nizami Mehdizadə bu gün adıçəkilən rayonun İcra Hakimiyyəti binası qarşısında özünü yandırmağa cəhd edən şəxsin 1967-ci il təvəllüdlü İlham Nəsibov olduğunu bildirib.

Saytımıza açıqlamasında baş həkim qeyd edib ki, İ.Nəsibov onların pasiyentidir:

“Özünün dediyinə görə, nə ev-eşiyi, nə də qalmağa yeri var. Buna baxmayaraq, vətəndaşdır. Xəstəxananın cərrahiyyə şöbəsində avqustun 27-dən müalicə alırdı.

Xəstəliyi ayağındakı diabetik qanqrena ilə bağlıdır. Bu gün onun ayağındakı diabetik qanqrenadan iy gəlirdi. Öz ayağının iyindən müalicə aldığı palatada da dura bilmirdi. Bu gecə də o üfunətli qoxuya dözməyərək palatadan həyətə çıxıb. Bu gün də həyətdə oturub. Mən də dərhal göstəriş vermişəm ki, onu palataya qaldırın, belə halda həyətə çıxa bilməz. Hətta bildirmişəm ki, müalicə üsulu olaraq ayağı amputasiya oluna bilər. İstəyirik ki, nəticə yaxşı olsun. O, bundan həyəcanlanıb, qorxuya düşüb”.

Nizami Mehdizadə deyib ki, təcili yardımın həkimləri və mühafizəçilər bunu yuxarı çıxara bilməyib:

“Mən özüm gedərəm”, - deyərək onları aldadıb. Sonra oradan qaçaraq İcra Hakimiyyətinin qarşısında özünü yandırmağa cəhd edib. Özünün dediyi sözlərə görə, bu cür yaşamaq ona çətindir. Ayağının kəsilməsini istəmir. Qorxusundan İcra Hakimiyyətinin qarşısında ayaqlarını yandırıb. Dərhal maşın göndərmişəm, gətirmişik. İzolyasiya etmişik. Müalicəsi təyin olunub və bu yöndə proflaktik işlər davam edir. Yüngül yanıq xəsarətləri var. Hazırda özünü yaxşı hiss edir”.

***

Redaksiya ilə əlaqə yaradan Bərdə sakinləri bildirib ki, İlham Nəsibovun İcra Hakimiyyətinin qarşısında intihara cəhd etməsinin səbəbi tamamilə başqadır:

“İlham Nəsibov Kəlbəcər rayonundan məcburi köçkündür. Xəstəxananın yardımçı binasında qalırmış və dəfələrlə İcra hakimiyyətinə gələrək, yataqxanaya yerləşdirilməsini xahiş edib. İcra Hakimiyyətindən isə ona qulaq da asmayıblar. Buna görə də özünü İcra Hakimiyyətinin önündə yandırıb”.

Tarix
2020.09.10 / 16:14
Müəllif
Tural Turan
Şərhlər
Digər xəbərlər

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla