Yuxarı

Azərbaycan Türkiyəyə elektrobus sata bilər

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyinin nümayəndələri Türkiyəyə səfər edib.

Axar.az xəbər verir ki, bu barədə Report-a açıqlamasında müəssisənin Mətbuat xidmətinin rəhbəri Məqsəd Rəhimov məlumat verib.

Onun sözlərinə görə, səfərin məqsədi zavodun istehsal etdiyi elektrobusları qonşu ölkənin bazarına çıxarmaqdır.

"Türkiyə tərəfi Azərbaycan istehsalı olan eloktrobusları bəyənib və hazırda ixracla bağlı danışıqlar ilkin mərhələdədir. Razılıq əldə edilsə, görüşlər çərçivəsində müqavilə imzalanacaq. Onu da deyim ki, "Gəncə Avtomobil Zavodu"nun Türkiyədə nümayəndəliyi fəaliyyət göstərir. Bu isə Türkiyə bazarını daha yaxşı araşdırmağa imkan verir", - deyə, M.Rəhimov qeyd edib.

Xatırladaq ki, “Gəncə Avtomobil Zavodu”nun əsası 1986-cı ildə qoyulub. İstehsalat Birliyi 1989-cu ildə istismara verilməli olsa da, SSRİ-nin dağılması onun tikintisini yarımçıq qoyub və nəzərdə tutulandan 15 il sonra - 2004-cü ildə zavod işə düşüb. Onun istehsal gücü ildə 30 min ədəd orta tonnajlı avtomobildir.

Tarix
2020.09.10 / 17:24
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla