Yuxarı

Livan erməniləri Şuşada - Sensasion video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Livan ermənilərinin daha bir ailəsi daimi yaşayış üçün işğal altında olan Dağlıq Qarabağa, Şuşaya köçüb.

Axar.az Virtualaz.org-a istinadən xəbər verir ki, videoda Toni Hajarın üç nəfərdən ibarət olan ailəsinin Beyrutda baş verən güclü partlayışdan sonra işğal altında olan Dağlıq Qarabağda məskunlaşdığı deyilir. Toni Hajar – aşpazdır, Qarabağda "planlaşdırdığı kulinariya layihəsi" ilə məşğul olmaq istədiyini bildirib.

Xatırladaq ki, 26 avqust 2020-ci il tarixində Ermənistanın Diasporla İşlər üzrə Baş Komissarı ofisinin mətbuat xidməti Zare Sinanyan iki Livan erməni ailəsinin işğal olunmuş Şuşaya köçürülməsi barədə məlumat yaymışdı.

Bundan əvvəl Dağlıq Qarabağdakı separatçı rejimin liderləri müxtəlif şəhər və kəndlərdə Livandan 100-150 erməni ailəsini qəbul etməyə hazır olduqlarını bildirmişdilər.

“Azərkosmos” ASC-nin “Azersky” peyki vasitəsi ilə aparılan monitorinqlər nəticəsində də işğal olunmuş Kəlbəcər rayonunda qanunsuz mənzil tikintisi faktı təsdiqlənib.

Tarix
2020.09.11 / 00:11
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla