Yuxarı

Polis əməkdaşları qəzaya düşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Polis əməkdaşları qəzaya düşdü

Azərbaycanın Qax rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə Qax-İlisu avtomobil yolunun Qarabulaq qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. Turab Vaqif oğlu İsgəndərov idarə etdiyi "Toyota" markalı, 99 FL 066 dövlət nömrə nişanlı avtomobili yolun kənarındakı qaz xəttinə çırpıb. Avtomobildə sürücüdən əlavə bir sərnişin də olub. Hadisə nəticəsində xəsarət alan olmasa da, Qaxbaş və Ağçay kəndlərini təbii qazla təchiz edən 195 mm-lik qaz xətti sıradan çıxıb. İki kəndə təbii qazın verilməsində fasilə yaranıb.

Qax Rayon Polis Şöbəsindən bildirilib ki, qəza törədən sürücü Turab İsgəndərov və avtomobildə olan sərnişin Aygül Həsənova Zaqatala rayon Polis Şöbəsinin əməkdaşlarıdır. Turab İsgəndərov istintaq bölməsində müstəntiq, Aygül Həsənova isə təhqiqatçı vəzifələrində işləyirlər.

Tarix
2015.04.20 / 10:49
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla