Yuxarı

YAP 10 tələbəyə təqaüd verəcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
YAP 10 tələbəyə təqaüd verəcək

Pandemiya dövründə dərs ilinin başlanmasını Yeni Azərbaycan Partiyası yeni layihəsi ilə qarşılayır. Ən yüksək təhsil nəticələri göstərən 10 nəfər universitet tələbəsinin hər birinə ayda 50 AZN məbləğində partiya təqaüdü verilməsi qərarı alınıb.

YAP-dan Axar.az-a verilən məlumata görə, partiya təqaüdünə namizədlərin Təhsil Nazirliyi tərəfindən təqdim edilməsi nəzərdə tutulur.

"Hesab edirik ki, Yeni Azərbaycan Partiyasının bu addımı pandemiya dövründə və ondan sonra Azərbaycanda təhsilin populyarlaşdırılmasına, gənclərimizin biliklərə yiyələnməyə həvəslərinin daha da güclənməsinə töhfə verə biləcəkdir", - deyə YAP Mətbuat Xidmətinin rəhbəri Hüseyn Paşayev səsləndirib.

Hüseyn Paşayev daha sonra qeyd edib ki, 2004-cü ildən etibarən Yeni Azərbaycan Partiyası tərəfindən məktəblilərin “Heydər Əliyev” inşa yazısı müsabiqələrinin qalibləri olmuş universitet tələbələrinə də təqaüdlər verilir. Hazırda 70 nəfər tələbə bu cür təqaüdləri alır. Ümumiyyətlə 2004-cü ildən bu yana 150-dən artıq tələbəyə Yeni Azərbaycan Partiyasının təqaüdləri verilib.

Tarix
2020.09.14 / 12:19
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla