Yuxarı

Yeni stansiyaya generalın adı veriləcək? - Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yeni stansiyaya generalın adı veriləcək? - Rəsmi

12:37

Hazırda bənövşəyi xəttin Ceyhun Səlimov küçəsi və Hərbi Hospitalın qarşısında inşa olunan üçüncü stansiyasında tikinti işləri son mərhələsinə qədəm qoyub. Son tamamlama işləri aparılır.

Bunu Axar.az-a açıqlamasında Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

B.Məmmədov bildirib ki, hərəkətin təşkili ilə bağlı mövcud avadanlıqların böyük bir qismi ölkə xaricindən gətirilir:

“Bütün dünyada pandemiya şəraiti olduğundan onların gətirilməsi həmin ölkələrdəki müəssisələrin fəaliyyətindən asılıdır. Həmin problemlər olmasa, hazırda şərti adı “B-03” olan stansiyanın ilin sonuna qədər təhvil verilməsi mümkündür. Tikinti ilə bağlı geoloji problemlərin olduğunu mütəmadi qeyd edirik. Geoloji problemlər yaranmasa, bu stansiyanın təhvil verilməsində hər hansı problem yaşanmayacaq”.

Bəxtiyar Məmmədov onu da vurğulayıb ki, stansiyanın yol infrastrukturu artıq qurulub:

“Onun qurulmasında da son tamamlama işləri aparılır. Belə olduqda elektrik deposunun mövcudluğu da mühüm əhəmiyyət kəsb edir. Hazırda Xocəsən istiqamətində, yəni “Avtovağzal”dan sonrakı mənzildə deponun inşası ilə bağlı işlər də sürətlə davam etdirilir. Deponun inşası üç mərhələdə nəzərdə tutulub. Birinci mərhələdə qatarlara qulluq, xidmət və təmir işlərinin aparılması üçün lazımı infrostrukturun qurulmasıdır. Burada ən vacib məsələ Avrovağzal-Xocahəsən istiqamətində tunellərin qazılmasının başa çatdırılmasıdır”.

O, metronun tikilməkdə olan yeni stansiyasının şəhid general Polad Həşimovun adına olacağı ilə bağlı məlumatların dəqiq olmadığını da bildirib.

Tarix
2020.09.14 / 12:49
Müəllif
Tural Turan
Digər xəbərlər

Rusiya Azərbaycanın geri qaytardığı məhsulu satışdan çıxarır

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla