Yuxarı

"Azercell" beynəlxalq səviyyədə “İlin şirkəti” seçildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Azercell" beynəlxalq səviyyədə “İlin şirkəti” seçildi

Yeni brend kimliyi ilə ölkənin telekommunikasiya sektorunun lideri Azercell Telekom MMC Azərbaycanda qazandığı uğurları dünyaya daşıyaraq və ölkəmizi beynəlxalq arenada uğurla təmsil edərək nüfuzlu “STEVIE 2020” müsabiqəsində yüzlərlə şirkət arasında “İlin telekommunikasiya şirkəti” adını qazanıb. Şirkət bu nominasiya üzrə ən yüksək pillədə qərarlaşaraq Qızıl mükafatı əldə edib. Azercell eyni zamanda “İlin ən innovativ şirkəti” və “Ən dəyərli korporativ məsuliyyətli şirkət” nominasiyaları üzrə Bürünc mükafata da layiq görülüb.

Axar.az xəbər verir ki, "Azercell"in rəqəmsallaşma və innovativ texnologiyaların tətbiqi istiqamətində gördüyü işlər, korporativ sosial məsuliyyət sahəsində fəaliyyəti müstəqil beynəlxalq mütəxəssislərdən ibarət münsiflər heyəti tərəfindən yüksək dəyərləndirilib. Münsiflər "Azercell"in həm ölkədə, həm də Cənubi Qafqazda yeni nəsil texnologiyaları ilk tətbiq etməsi, ən son innovativ həlləri yerli bazara gətirməsi və eyni zamanda yüksək sosial məsuliyyətli siyasət həyata keçirməsini xüsusi vurğulayaraq, Azərbaycanın aparıcı operatorunu “regionun ən uğurlu şirkəti”, “dünya səviyyəli qurum”, “qalib brend” kimi xarakterizə ediblər.

Qeyd edək ki, müxtəlif illərdə Google, Microsoft Corporation, Türk Telecom, Vodafon Türkiyə, Etisalat, Dell Technologies, Mayersk Company, HP Inc., UNESCO ICHCAP, IBM və s. bu kimi nüfüzlu şirkətlər bu beynəlxalq müsabiqədə iştirak edib qalib seçilənlər sırasındadır.

"STEVIE” İnternational Business Awards biznesin bütün aspektlərini əhatə edən, müxtəlif sahələrdə çalışan şirkətlərin uğurunu qiymətləndirən və onları bütün dünyaya tanıdan bir mükafatdır. Bu il “STEVIE” mükafatı dekabrda Parisdə təşkil olunacaq mərasimdə qaliblərə təqdim olunacaq.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.

Tarix
2020.09.14 / 15:23
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya Azərbaycanın geri qaytardığı məhsulu satışdan çıxarır

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla