Yuxarı

Məktəblər belə fəaliyyət göstərəcək - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məktəblər belə fəaliyyət göstərəcək - Video

Yeni tədris ilindən etibarən şagirdlərin dərslərdə əyani formada iştirak etmələri üçün təhsil müəssisələri yeni sanitariya və gigiyena qaydalarını tətbiq edəcəklər.

Təhsil Nazirliyindən Axar.az-a verilən məlumata görə, məktəblərə giriş və çıxış zamanı şagird və müəllimlər arasında fiziki məsafənin saxlanılması üçün girişdə xüsusi işarələr qoyulub. Məktəbə daxil olan şagirdlərin təmassız termometr vasitəsilə hərarəti ölçüləcək və hərarəti normadan yüksək olan şagirdlər evə göndəriləcək.

Məktəbin girişi və çıxışı spirt tərkibli məhlullarla təmin edilib. Şagirdlər məktəbə daxil olarkən onların müəssisə daxilində sosial məsafə saxlamalarına nəzarət olunacaq. Xəstəlik şübhəsi olan şəxs tibb otağında müayinə ediləcək və karantin otağına yerləşdiriləcək. Zərurət yaranarsa, təcili tibbi yardıma müraciət ediləcək.

Siniflərdə partalar ara məsafəsi ilə yerləşdirilib. Müəllimlər tibbi maskadan istifadə edəcək. Şagirdlərin maskadan istifadəsi isə valideynlərin seçiminə verilir.

Həmçinin yeni qaydalara görə, idman və akt zallarından, kitabxana və yeməkxanalardan istifadə dayandırılır.

Tarix
2020.09.14 / 16:27
Müəllif
Axar.az
Digər xəbərlər

AB-dən Ermənistana yaşıl işıq - Rusiyaya görə...

Almaniyadan Rusiyaya cavab: minlərlə raket göndərir

Bu türk ölkəsi ilə viza rejimi sadələşdirilə bilər

İlham Əliyev Dmitri Şlapaçenkonu qəbul etdi

İlham Əliyev Çin Baş prokurorunu qəbul etdi

Səudiyyə Azərbaycanda bu işlərə görə 3 milyon ayırdı

Prezident To Lamı təbrik etdi

Əliyev müasir, ziyalı insandır - Putin

İlham Əliyevin Qırğızıstana səfəri başa çatdı

Səfirimiz Paris meriyasının ittihamlarına cavab verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla