Yuxarı

11 aydır komada olan Gülalıyevin son durumu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
11 aydır komada olan Gülalıyevin son durumu

Avtomobil qəzası zamanı aldığı kəllə-beyin travması nəticəsində 11 aydır koma vəziyyətində olan və 4 əməliyyat keçirən hüquq müdafiəçisi Oqtay Gülalıyevin İstanbulun Amerika Xəstəxanasında müalicəsi davam edir.

Axar.az xəbər verir ki, O.Gülalıyevin oğlu Təbriz Gülalıyev Cəbhə.info-ya açıqlamasında atasınn səhhətində irəliləyişlər olduğunu bildirib. Onun sözlərinə görə, atası artıq ağız və burnu ilə sərbəst nəfəs ala bilir:

“Atam İstanbulda Amerika Xəstəxanasında müalicə olunur. Özü sərbəst şəkildə ağız və burnu ilə nəfəs alır. Son zamanlar sağ qolunda hərəkətlər yaranmağa başlayıb. Həmçinin baxışlarında irəliləmənin olduğunu hiss etmək mümkündür”.

Oqtay Gülalıyevin başqa xəstəxanaya köçürülməsinə gəlincə, oğlu bu barədə hələ düşünmədiklərini bildirib:

“Hələ bu xəstəxanada müalicəsini davam etdirməsi fikrindəyik. Köçürməyi düşünmürük”.

Tarix
2020.09.14 / 16:21
Müəllif
Axar.az
Digər xəbərlər

Vyetnamla Azərbaycan arasında imzalanan bu sənəd...

“Azərbaycanda doğulub” sözünə görə “mübarizə” aparır

İlham Əliyev Livan prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

“Bədr müqaviləsi” Türkiyəyə nə qazandıracaq?

Ağdama həsr olunan klip yayıldı - Video

Bu ölkədə Araik Arutyunyana “vətəndaşlıq” verildi

İlham Əliyevin Vyetnam səfərindən video yayıldı

İlham Əliyevin Vyetnama səfəri başa çatdı - Video

Paşinyan: Tarixləri qarışdırdım, TRİPP-lə bağlı mərasim...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla