Yuxarı

Metroda son durum: Əgər belə davam etsə... - Açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Metroda son durum: Əgər belə davam etsə... - Açıqlama

Bu gün səhərdən metrolarda apardığımız müşahidələrin nəticəsi onu göstərir ki, sərnişin sıxlığı sosial məsafənin qorunmasına imkan verir.

Bunu Axar.az-a açıqlamasında Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov metropolitendə sərnişinlərin sağlamlığının qorunması məqsədilə həyata keçirilən tədbirlər barədə danışarkən deyib.

Metropoliten sözçüsü onu da vurğulayıb ki, sərnişinlər qaydalara riayət edirlər:

“Tibbi maskanın taxılması ilə bağlı bu ana qədər hər hansı ciddi problem müşahidə olunmur. Sərnişinlərin sosial məsuliyyəti pandemiya ilə mübarizədə xüsusi əhəmiyyət kəsb edən məsələdir. Burada Bakı Metropoliteninin də həyata keçirməli olduğu bir sıra işlər var. Metropoliten stansiyasına yaxınlaşan sərnişinlər görür ki, müəyyən istiqamətləndiricilər qurulub. Bu istiqamətləndiricilər sərnişinin sosial məsafəni qorumaqla təhlükəsiz şəraitdə, rəvan axınla stansiyaya daxil olmasını təmin edir”.

B.Məmmədov onu da əlavə edib ki, bunu görən sərnişin həm də bir növ məlumatlandırılmış olur:

“Yəni Bakı Metropoliteninə daxil olanda müəyyən qaydalara riayət edilməlidir. Onlardan ən vacibi tibbi maskanın taxılmasıdır. Artıq yoxlama məntəqəsində stansiyaya daxil olan sərnişinlərdən tibbi maskanın taxılması tələb olunur. Bundan sonrakı mərhələdə məsuliyyət sərnişinin üzərinə düşür. Tibbi maska ağız-burun boşluğunu örtməlidir. Bu, ətrafımızdakı insanları qorumaq baxımından da çox önəmlidir. Tibbi maskanın taxılması epidemioloji vəziyyətin müsbət tendensiya ilə əvəzlənməsinə, problemlərin çözülməsinə gətirib çıxaracaq. Belə olduğu halda biz pandemiyaya qalib gələcəyik. Ən əsası, Bakı Metropoliteni fəaliyyətinə davam edəcək”.

Tarix
2020.09.14 / 17:09
Müəllif
Tural Turan
Digər xəbərlər

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla