Yuxarı

Azərbaycan və İran arasında Xəzər müzakirəsi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan və İran arasında Xəzər müzakirəsi

İranın Limanlar və Dənizçilik Təşkilatının tranzit, logistika və müqavilələr üzrə baş idarəsinin direktoru Xosrov Sarai və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin Dəniz Təhlükəsizliyi şöbəsinin müdiri Vamiq Rəhimov arasında video-konfrans formatında iclas keçirilib.

İranın Azərbaycandakı səfirliyindən Axar.az-a verilən məlumata görə, iclasda İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi də iştirak edib. İclasda tərəflər iki ölkənin limanları arasında yükdaşımaların artırılmasının vacibliyini vurğulayıblar.

İclasda, həmçinin limanlar üzrə hər iki tərəfi maraqlandıran məsələlər, dəniz əməkdaşlığının artırılması üzrə bəzi sənədlərin ilkin mətni haqda fikir mübadiləsi aparılıb.

İclasda çıxış edən səfir S.A.Musəvi bildirib ki, Xəzər dənizi sülh, dostluq və əməkdaşlıq dənizidir.

“İran və Azərbaycan çoxlu dini, mədəni və tarixi ortaqlıqlara sahib iki Xəzəryanı ölkədir. Xəzər dənizi iki ölkə arasında əməkdaşlığı artırmaq üçün saysız imkan və potensiallar yaradıb. İki ölkənin enerji, iqtisadi, dənizçilik, balıqçılıq, turizm, dəniz elmləri və sairə sahələrində əməkdaşlığın səviyyəsini bir neçə dəfə artırmaq olar. İki ölkə arasında münasibətlərin inkişaf etdirilməsi üzrə istiqamətlərdən biri limanlar və dəniz nəqliyyatı sahəsidir”.

Tarix
2020.09.14 / 17:22
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Kamboca baş naziri Azərbaycana gəldi

Tramp Ukraynaya ən dəhşətli xəyanətini etdi - KİV

Məktəblərdə geyim qaydaları... - QHT Forumu çağırış etdi

Uşaqlarını hicaba məcbur edən valideynlər... - Xalq şairi

Trampın Zelenski barədə bu sözləri... - Putinin nümayəndəsi

Trampın sərt açıqlaması: Zelenski dərhal onunla danışdı

Gəncədəki dördüncü terrordan altı il ötür

Kadırov Bakıya niyə gəldi? - Səbəblər

Qarabağ Universitetinin müəllimi hakim təyin olundu

Ərəbistan-İordaniya layihəsi Türkiyəyə qədər uzanacaq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla