Yuxarı

Deputat Tovuz məktəblilərinə generalla bağlı kitab payladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Deputat Tovuz məktəblilərinə generalla bağlı kitab payladı

AFFA-nın təşkilatçılığı ilə Tovuz rayonunun ön cəbhə kəndləri olan Ağdam, Əlibəyli, Vahidli kəndləri, eyni zamanda Dondar Quşçu, Koxanəbi və Bayramlı kəndlərində “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsinin növbəti tədbiri keçirilib.

Axar.az xəbər verir ki, tədbirdə çıxış edən millət vəkili Qənirə Paşayeva belə bir layihənin Tovuzda keçirildiyinə görə AFFA-ya təşəkkür edib və bu cür layihələrin, tədbirlərin bölgələrimizdə keçirilməsinin vacibliyini qeyd etdib. Deputat bildirib ki, zəngin ənənələri olan Tovuz futbol məktəbi özünün yetirmələri, sadiq azarkeşləri və digər məziyyətləri ilə həmişə seçilib:

"Mən sevinc hissi ilə demək istərdim ki, ölkəmizdə Futbol Akademiyası yaxın zamanlarda məhz Tovuzda açılacaq. Bu, həm rayon və bölgə üçün, həm də ümumən respublikamız üçün əlamətdar hadisədir. Bunun üçün cənab Prezidentə bütün tovuzlular adından dərin təşəkkürümü bildirirəm. Eyni zamanda bu gün bu tədbirin həyata keçirilməsində əməyi keçənlərin hamısına təşəkkür edirəm".

Q.Paşayeva bu cür layihələrin bölgələrdə istedadlı uşaqların aşkar edilərək yetişdirilməsinə kömək edəcəyinə inandığını deyib və mütəxəssisləri, məşqçiləri və müəllimləri kəndlərdə futbol üzrə istedadlı uşaqların axtarılması, onların üzərində daha çox çalışmağa, onların yaxşı oyunçu kimi yetişməsi istiqamətində daha çalışmağa çağırıb.

Millət vəkili məktəblilərə iyul ayında Tovuz istiqamətində işğalçı Ermənistana layiqli cavab verən qəhrəman şəhidlərimizdən general Polad Həşimovla bağlı hazırlanmış kitabları hədiyyə edib və uşaqları vətənpərvər ruhda böyüməyə çağırıb.

Tarix
2020.09.14 / 18:05
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin Türkmənistana səfəri ilə bağlı video paylaşıldı

İlham Əliyev Türkmənistanda bu festivalda iştirak etdi - Foto

Prezident Türkmənistanda Paşinyanla söhbətləşdi - Foto

Dövlət başçıları Türkmənistanda konsert izlədi - Video

Prezident Türkmənbaşıda tədbirdə iştirak etdi - Foto

Onlar Azərbaycanla Ermənistan arasında müharibəyə çalışır!

Jirinovskinin daha bir öngörüsü düz çıxdı: taun - Video

Azərbaycan və Ermənistan rəsmiləri Gorusda görüşdü

Tokayevdən Azərbaycan açıqlaması: 20 milyard dollar...

ABŞ İrəvandakı bu mərkəzi Rusiyaya qarşı istifadə edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla