Yuxarı

Harvarddan azərbaycanlı tələbəyə məktub... - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Harvarddan azərbaycanlı tələbəyə məktub... - Foto

Harvard Universitetinin rəhbərliyi bu ali məktəbin rəsmi saytında “boşluq” (“remote code execution”) tapdığına görə azərbaycanlı tələbə Veysəl Xankişiyevə təşəkkürnamə göndərib.

Axar.az Konkret.az-a istinadən xəbər verir ki, bu barədə V.Xankişiyev özü məlumat yayıb.

Onun sözlərinə görə, Harvard Universitetinin İnformasiya Texnologiyaları fakültəsinin İnformasiya Təhlükəsizliyi Departamentinin direktoru Kristian Heymerdən məktub alıb.

“Harvard Universiteti İnformasiya Texnologiyaları fakültəsi İnformasiya Təhlükəsizliyi Departamenti Veysəl Xankişiyevə alt domeni ələ keçirdiyinə və problemin necə ortaya çıxmasını bildirdiyinə görə təşəkkür edir.

Harvard sistem və şəbəkəyə təsir göstərən informasiya təhlükəsizliyindəki problemlər haqqında məlumatı yüksək qiymətləndirir.

Təşəkkürlər, Veysəl!” – məktubda qeyd olunub.

Qeyd edək ki, bu, 21 yaşlı tələbənin ilk işi deyil. O, daha öncə həm Azərbaycan, həm də xaricdəki Arizona Universiteti, “Mikrosoft” və s. kimi dövlət müəssissələri və şirkətlərin veb-saytlarında bir sıra boşluqlar tapıb. Əslən Füzulidən olan V.Xankişiyev Gəncə Dövlət Universitetinin 4-cü kurs tələbəsidir.

Tarix
2020.09.14 / 21:07
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

Qardaşım İlham Əliyevi səmimiyyətlə qucaqladım və...

İlham Əliyev Kamboca Kralını təbrik etdi

Tehranda Azərbaycanın Zəfər Günü qeyd olundu - Foto

Türkiyə XİN-dən Azərbaycanla bağlı paylaşım - Foto

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla