Yuxarı

Tehran-Bakı münasibəti tarix boyu bu cür olmayıb - Səfir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tehran-Bakı münasibəti tarix boyu bu cür olmayıb - Səfir

Heç bir digər ölkə ilə sizinlə olan qədər bağlar yoxdur. Bu bağlar imkan verir ki, mən özümü Azərbaycanda qərib hiss etməyim. Mən bu bağların hamısını sadalamaq istəmirəm. Siz bunları yaxşı bilirsiniz.

Axar.az xəbər verir ki, bu sözləri İran İslam Respublikasının Azərbaycan Respublikasında yeni fəaliyyətə başlayan fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi özünün bu gün keçirdiyi ilk mətbuat konfransında deyib.

O bildirib ki, iki ölkənin başçıları arasında çox yaxşı münasibətlər mövcuddur:

"İran və Azərbaycan arasında münasibətlər tarix boyu bu qədər möhkəm və yaxın olmayıb. Mən belə bir şəraitdə ölkənizdə səfir olaraq fəaliyyətə başlamışam”.

Səfir Azərbaycan Prezidenti ilə çox yaxşı bir görüşünün olduğunu xatırladıb:

“Bu, çox səmərəli və səmimi görüş idi. Cənab İlham Əliyev həm ikitərəfli, həm regional, həm də beynəlxalq əməkdaşlığımızı bilir. Cənab İlham Əliyev iki ölkənin münasibətlərinin yaxşınlaşmasında çox böyük iradəyə malikdir”.

Tarix
2020.09.15 / 15:28
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

Prezidentə təbriklər davam edir

“Şanlı zəfərin Böyük Qayıdış mərhələsi” tədbiri keçirildi

Estoniya xarici işlər naziri Bakıya gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla