Yuxarı

İkigünlük dərs həftəsinin çətinlikləri - Ekspert

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İkigünlük dərs həftəsinin çətinlikləri - Ekspert

İbtidai siniflərdə canlı dərslərin həftədə iki dəfə iki saat keçirilməsi çox azdır.

Bu sözləri Axar.az-a açıqlamasında təhsil eksperti Məlahət Mürşüdlü bu gün yeni tədris ilinə başlayan məktəblilərin dərs proqramı haqda danışarkən deyib.

Ekspertin sözlərinə görə, o, bu məsələ ilə bağlı Təhsil Nazirliyinə təklif də ünvanlayıb:

“Təklif etmişdim ki, ibtidai siniflər həftənin 5 günü dərsə getsin və onların akademik dərs saatları azaldılsın. Dərslərin keçirilməsi proqramla 25-30 dəqiqə arası olsun. Bu, dərslərin keyfiyyətli keçirilməsinə imkan yaradır.

Həftədə iki gün dərsə getmək həm valideynə, həm də uşağa böyük problem yaradır. İşləyən valideynlərin övladlarının dərs qrafiki onların fəaliyyətinə təsir göstərəcək. Əgər hər iki valideyn işləyirsə, həftədə 3 gün evdə onlayn dərs keçən 8-10 yaşlı uşağın yanında kim olacaq? Axı, o yaşda uşaq hələ dərsləri sərbəst hazırlaya bilmir. Bu məsələlər nəzərə alınmayıb. Hesab edirəm ki, tədrisin akademik saatı azaldılmalı, 1 oktyabrdan həftədə 5 günlük tədrisə keçməliyik”.

Tarix
2020.09.15 / 15:38
Müəllif
Ülviyyə Mirzəyeva
Digər xəbərlər

Bakıda Estoniya səfirliyinin rəsmi açılış mərasimi keçirilir

Milli Məclisin iclası başladı

Prezident Marqus Tsaxnanı qəbul etdi

"Sülh körpüsü": Yaradılan komitələrdə müzakirələr keçirildi

Marqus Tsaxna Bakıda səfərdədir

Sərdar Cəlaloğlu gözünün içinə qədər yalan deyir

Sülh körpüsü: Altı istiqamət üzrə komitələr yaradılacaq

Estoniya XİN rəhbəri Azərbaycana gəlir

Əli Kərimlinin müdafiəsini bu iki erməni təşkil edir

Simonyan Azərbaycan nümayəndə heyəti ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla