Yuxarı

ABB bu il də səhmdarlarına divident ödəyir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABB bu il də səhmdarlarına divident ödəyir

15 sentyabr 2020-ci ildə “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin Baş ofisində Bankın səhmdarlarının ümumi yığıncağı təşkil edilib.

Axar.az xəbər verir ki, COVİD-19 pandemiyasının yaratdığı məhdudiyyətləri nəzərə alaraq iclas materialları ilə tanışlıq və səhmdarların səsverməsi qiyabi formatda keçirilib.

Yığıncaqda “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin kənar auditor tərəfindən təsdiqlənmiş və Audit Komitəsi tərəfindən tövsiyə edilmiş 2019-cu il üzrə maliyyə hesabatı təsdiqlənib. Qeyd edək ki, son illərdə həyata keçirilən tədbirlər nəticəsində Bankın kapital mövqeyi, maliyyə dayanıqlılığı, mənfəətliliyi təmin edilib. Azərbaycan Beynəlxalq Bankının 2019-cu ildə qazandığı mənfəət 2018-ci ildə olduğu kimi ötən il üzrə də səhmdarlara dividend ödəməyə imkan verir. Beləliklə, yığıncaqda 2019-cu ilin maliyyə nəticələrinə əsasən, bank səhmdarlarına dividendin ödənilməsi məsələsinə baxılıb. Hər səhm üzrə 0,0326 AZN olmaqla səhmdarlara ötən ilin mənfəətindən 150 milyon manat dividendin ödənilməsi qərara alınıb.

Bununla yanaşı, səhmdarlar qiyabi səsvermə əsasında Bankın Nizamnaməsini yeni redaksiyada təsdiqləyiblər. Təqdim edilən materiallarda səhmdarlara Bankın missiya və strateji baxışı barədə də məlumat verilib.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Tarix
2020.09.15 / 20:00
Müəllif
Axar.az
Digər xəbərlər

İsraildə seçkinin ilkin nəticəsi - Netanyahu uduzur

Bərdədəki terrordan 6 il ötür

Yaşar Gülərdən Azərbaycanla bağlı mühüm mesaj..

AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas çağıracaq

Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı

AB indi də Dehliyə ümid edir: Putin onu eşitməyəcək!

Ramiz Mehdiyevin əmlakları müsadirə edildi, təltifləri isə...

Baxçalıdan Azərbaycan açıqlaması: Türk dünyasının gücü...

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Fransa ən elementar siyasi tələbi təhlükə kimi görür - Abbasov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla