Yuxarı

Naxçıvan səması türk bayraqları ilə bəzəndi - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Naxçıvan səması türk bayraqları ilə bəzəndi - Video

20:34

Sentyabrın 15-də Bakının Qafqaz-İslam Ordusu tərəfindən erməni-bolşevik birləşmələrindən azad edilməsinin 102-ci ildönümü münasibətilə Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin aviasiya vasitələrinin Naxçıvan şəhəri üzərində birgə uçuşları təşkil olunub.

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən Axar.az-a bildirilib ki, Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev, Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov, Türkiyə Silahlı Qüvvələrinin hərbi attaşe aparatının Naxçıvan Muxtar Respublikasındakı nümayəndəsi, polkovnik Mustafa Günhan, Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin nümayəndələri Naxçıvan şəhərindəki Şəhidlər xiyabanını, Türk şəhidləri abidəsini və Ana fəryadı xatirə heykəlini ziyarət ediblər.

Helikopterlərin keçidi ilə Azərbaycan və Türkiyə respublikalarının dövlət bayraqları nümayiş etdirilib. Bu zəfər bayramında ümummilli liderimiz Heydər Əliyevin “Bir millət, iki dövlət” dahi kəlamının fəlsəfəsi Azərbaycan-Türkiyə qardaşlığının sarsılmaz və əbədi olduğunu göstərir.

Qeyd edək ki, ötən günlərdə birinci mərhələsi keçirilən “Sarsılmaz qardaşlıq-2020” Azərbaycan-Türkiyə birgə təlimi və sentyabrın 15-də təşkil olunan uçuşlar Azərbaycan və Türkiyə qardaşlığının, hərbi birliyinin növbəti nümunəsidir.

Tarix
2020.09.15 / 20:53
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

İlham Əliyev polşalı həmkarına başsağlığı verdi

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx

XİN Atatürkün anım günü ilə bağlı paylaşım etdi

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla