Yuxarı

Ölkəyə sabah qar yağacaq: səbəb nədir? - Ekoloq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son vaxtlar ölkəmizdə müşahidə olunan iqlim dəyişikliyinin bir neçə səbəbi var. Bu səbəblər sırasında sənaye və energetikanın inkişafı da yer alır. Atmosferdə 6 istilik effekti yaradan qaz mövcuddur.

Bu sözləri Axar.az-a açıqlamasında ekoloq Müslüm Qurbanov Milli Hidrometeorologiya Xidmətinin 16 sentyabrda bəzi bölgələr üçün verdiyi qar proqnozunu şərh edərkən deyib.

Onun sözlərinə görə, atmosferdəki qazların müəyyən qatılığı var ki, normal temperatur və fəsillərin normal vaxt dəyişməsi bu qatılıq sayəsində baş verir:

“Hazırda atmosferdə xüsusən karbon qazının qatılığı artıb. Bu artım tək ölkəmizdə yox, bütün dünyada iqlim dəyişməsi ilə hiss olunur. Nəticə ondan ibarət deyil ki, haradasa hava temperaturu yüksələcək və ya enəcək, meteoroloji parametrlər də dəyişə bilər. Bilirik ki, okean sularında intensiv sürətdə ərimələr gedir, sahilyanı əraziləri su basır, meşə yanğınları baş verir”.

Ekoloq fəsillərlə əlaqəli iqlim dəyişmələrinin də bu səbəbdən baş verdiyini bildirib:

“Biz qış, yaz, yay və payız mövsümlərinin hər birinin 3 ay müddətinə olduğuna alışmışıq. Amma indi həmin o aylar bir-birinə nisbətən müəyyən dərəcədə sürüşüblər. Təxmini 10-25 gün bir fəsil digərindən daha tez və ya daha gec özünü büruzə verir. Buna misal olaraq ötən günlərin birində ABŞ-ın əyalətlərinin bir neçəsində havanın temperaturunun gözlənilmədən 30 dərəcə aşağı düşməsini və güclü qar yağmasını göstərmək olar”.

Tarix
2020.09.16 / 17:13
Müəllif
Xədicə Nəbiyeva
Şərhlər
Digər xəbərlər

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

İlham Əliyev Moskvaya gedir

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla