Yuxarı

Bu yoldakı körpünün tikintisi nə vaxt bitir?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu yoldakı körpünün tikintisi nə vaxt bitir?

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi magistral avtomobil yolunun Xırdalan dairəsi yaxınlığında yerləşən mövcud dəmiryolu körpüsünün söküntü işləri başa çatıb.

Axar.az xəbər verir ki, bu barədə Trend-ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib. O bildirib ki, ərazidə yeni dəmiryolu körpüsünün inşası işlərinə start verilib:

"Artıq yeni körpünün dəmir konstruksiyalı dayaqları quraşdırılıb. Qısa müddət ərzində işlərin yekunlaşdırılması planlaşdırılır. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və zəruri texnika cəlb edilib. Körpünün inşası bu ilin noyabr ayında başa çatdırılacaq.

Qeyd edək ki, mövcud dəmiryolu körpüsünün dayaqları yolun hərəkət hissəsində avtonəqliyyat vasitələrinin normal və təhlükəsiz hərəkətinə maneə törətdiyi üçün köhnə körpünün sökülərək əvəzinə yeni biraşırımlı tağlı dəmiryolu körpüsünün inşa edilməsi ilə bağlı qərar qəbul edilib.

Körpünün uzunluğu 68.5 metr, eni isə 12.7 metr təşkil edəcək".

Tarix
2020.09.17 / 11:32
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla