Yuxarı

Tofiq Yaqublunun səhhəti ilə bağlı açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ədliyyə Nazirliyi və TƏBİB-in nümayəndələri "City Hospital"da müalicə olunan Tofıq Yaqubluya baş çəkiblər.

Axar.az xəbər verir ki, TƏBİB İdarə Heyəti sədrinin müşaviri Şəhriyar Fətullayev xəstənin vəziyyətinin kafi qiymətləndirildiyini bildirib.

"Biz həkim olaraq dərhal aclığı dayandırmasını tövsiyə etdik. Əks halda, aclıq prosesi davam etdiyi müddətdə orqanizmdə gedən metovalik proseslər daha da dərinləşə bilər. Hazırkı vəziyyətində isə həyatı təhlükə yoxdur. Ümumi olaraq, T.Yaqublunun vəziyyəti kafi-ağır qiymətləndirilir".

Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi Rafael Mehtiyev də lazım olan bütün tədbirlərin görüldüyünü qeyd edib:

"Xəstəxanada şərait yaradılıb. Qida qəbul etməsə də, parentral olaraq ona lazım olan məhlullar köçürülür. Bu gün onun üçün həyati qorxu yoxdur. Lakin biz hər birimiz ona şiddətlə aclığı dayandırmağı tövsiyə etdik".

"Tofiq Yaqublu artıq 16 gündür ki, aclıq elan edib. Biz ona dəfələrlə aclığı dayandırmağı təklif etmişik". Bunu isə T.Yaqublunun vəziyyəti ilə bağlı danışan həkim Adil Qeybulla deyib.

"Mən T.Yaqublu ilə aramızda olan güvənin fonunda xahiş etdim ki, bəzi fəsadların qarşısını almaq üçün infuziya və elektalit köçürülməsinə razılıq versin, T.Yaqublu da razılaşdı. Bu gün TƏBİB nümayəndələri də vəziyyətlə yerində tanış oldu. Bütün dəstək müayinələri də davam etdirilir. Tofiq Yaqublu su qəbulunu da davam etdirir. Ona qidalanma üçün heç bir tələb olunmur, verilən dərmanların da tərkibində qida əlavəsi yoxdur. Onu da qeyd edim ki, ailəsi də hər gün T.Yaqublunun vəziyyəti ilə bağlı məlumatlandırılır", - deyə A. Qeybulla əlavə edib.

Tarix
2020.09.17 / 23:29
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla