Yuxarı

Kürəkən qayınana və qayınatasını güllələdi - Açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kürəkən qayınana və qayınatasını güllələdi - Açıqlama

10:14

Sentyabrın 18-i saat 06 radələrində odlu silahdan açılan atəş nəticəsində aldığı xəsarətlərdən Xaçmaz rayon, Ləcət kənd sakinləri Sona Yunusovanın yaşadığı evdə, əri Bəykəs Yunusovun isə xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Axar.az-a Xaçmaz Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

İlkin araşdırmalarla Rəhman Osmanovun arvadının bir neçə gün əvvəl evi tərk edərək öz valideynlərinin evinə getməsi səbəbindən qeyd edilən tarixdə qayınatası Beykəs Yunusov və qayınanası Sona Yunusova ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı ov tüfəngindən atəş açaraq sonuncuları qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq-əməliyyat tədbirləri aparılıb.

Rəhman Osmanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Tarix
2020.09.18 / 17:47
Müəllif
Axar.az
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla