Yuxarı

Tofiq Yaqublu ev dustaqlığına buraxıldı - Təcili

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tofiq Yaqublu ev dustaqlığına buraxıldı - Təcili

12:02

Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun səhhətində olan kritik vəziyyəti nəzərə alaraq, onun hökm qüvvəyə minənə qədər azadlığa buraxılmasına dair vəsatət verilib.

Axar.az xəbər verir ki, bu barədə Aqil Layıc danışıb. O bildirib ki, T.Yaqublunun azadlığıa qovuşacağına ümid edir.

Digər tanınmış vəkil Elçin Sadıqovun verdiyi xəbərə görə isə 28 sentyabr 2020-ci tarixinə təyin edilmiş ilkin baxış iclası ləğv edilib.

İlkin baxış iclası bu gün saat 16:00-da olacaq. Şikayətə hakim Elmar Rəhimovun sədrliyi ilə baxılacaq.

Həmçinin həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı vəsatətə də bu gün baxılacaq.

Qeyd edək ki, Nizami Rayon Məhkəməsi Tofiq Yaqublunun 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

Tofiq Yaqublu 17 gündür aclıq aksiyası keçirir. O, sentyabrın 12-də istintaq təcridxanasından "City Hospital"a köçürülüb.

16:00

Hazırda Bakı Apellyasiya Məhkəməsində Müsavat Partiyasının fəalı Tofiq Yaqublu barəsində hökmdən verilən şikayətlə bağlı ilkin baxış iclası keçirilir.

İclasa hakim Elmar Rəhimov sədrlik edir.

Məhkəmənin önündə jurnalistlər və T.Yqublunun yaxınları toplanıb.

Ərazidə olan polis əməkdaşları onlara sosial məsafəni qorumağı və maskadan istifadə etməyi tövsiyə edir.

***

Məhkəmə bitib və Tofiq Yaqublu ev dustaqlığına buraxılıb.

Tarix
2020.09.18 / 16:19
Müəllif
Axar.az
Digər xəbərlər

Bu, Bakı-İrəvan əlaqələrinin inkişafı üçün... - ABŞ diplomatı

Azərbaycanın ədalətli mübarizəsi Türk dünyasını qürurlandırdı

Ərdoğan İlham Əliyevi təbrik etdi

Şuşa zəfəri Azərbaycan tarixinin ən şanlı səhifələrindəndir

Biz artmadıq, Azərbaycan isə 10 milyon oldu

Türklər bizə hücum etsə... - Simonyandan möhtəşəm cavab

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı

Husilər Ərəbistanı vurmamaq üçün 51 milyard tələb edir

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla