Rektorun döyülən qızı bu
həftəsonu Bakıya qayıdacaq.
Axar.az-a verilən məlumata görə, Xəzər Universiteti rektoru
Hamlet İsaxanlının övladı Ülkər İsayeva "Azərbaycan II Beynəlxalq
Psixologiya" konfransında iştirak edəcək.
Daha əvvəldən özünün də elan etdiyi kimi, 25-26 aprel tarixində
keçiriləcək tədbir universitetin Mərmər zalında baş tutacaq. Ötən
il də konfrans bu ali məktəbin eyniadlı zalında təşkil olunub.
Ü.İsayeva Feysbuk səhifəsində hər kəsi iştiraka dəvət etmişdi.
Özü isə hazırda Türkiyədə Koç Universitetinin Anadolu
Mədəniyyətləri Araşdırma Mərkəzindəki bir tədbirdə iştirak edir.
Rektor özü isə qızının döyülməsi barəsində cəmi bir dəfə verdiyi
açıqlamadan sonra məsələyə qayıtmayıb.
Qeyd edək ki, Ülkər İsayeva mart ayının 8-dən 9-na keçə gecə,
saat 04 radələrində əvvəldən tanıdığı şəxslər tərəfindən küçədə
döyülüb. Onu döyməkdə təqsirləndirilən Zaur Məmmədov barəsində 2 ay
müddətinə həbs qəti imkan tədbiri seçilib. H.İsaxanlı mətbuata
açıqlamasında övladının döyülməsi xəbərini təkzib edərək videoda
görünən xanımın Katya adlı qız olduğunu bildirib.