Yuxarı

İki il əvvəl partlayışda dağılan bina ilə bağlı yeni xəbər

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İki il əvvəl partlayışda dağılan bina ilə bağlı yeni xəbər

Gəncə şəhərində 2018-ci ilin noyabr ayında qaz sızması nəticəsində partlayış baş verən binanın yerində yeni bina inşa olunaraq 4 ay əvvəl sakinlərin istifadəsinə verilib. Lakin bina bu müddət ərzində müəyyən sənədləşdirmə prosedurları icra edildiyindən qazlaşdırılmamışdı.

“Azəriqaz”dan Axar.az-a verilən məlumata görə, sentyabrın 18-də həmin binaya qaz verilişi təmin edilib. Şahlar Hüseynov 13 A ünvanında yerləşən binadakı 50 mənzilin hər birinə qaz xətləri çəkilib, məişət sayğacları quraşdırılıb. Qaz çəkilişlərini xüsusi icazəsi olan tikinti şirkəti (podratçı təşkilat) aparıb. İşin standartlara və təhlükəsizlik qaydalarına uyğun icrasına isə daim “Azəriqaz” İstehsalat Birliyinin Gəncə Regional qaz istismarı İdarəsi nəzarət edib.

Onu da qeyd edək ki, son günlər bu binada yaşayan sakinlərin narahatlığını nəzərə alaraq “Azəriqaz” qazlaşma işlərinin sürətləndirilməsi və digər qurumlarda sənədlərin yoxlama prosesinin tezləşdirilməsinə çalışıb. “Azəriqaz” İstehsalat Birliyinə yekun açılışa hazırlıqla bağlı rəy məktubu daxil olan kimi, elə həmin gün də binanın qazla təminatı həyata keçirilib.

Tarix
2020.09.19 / 20:42
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Azərbaycan daha bir Konvensiyaya qoşulur

Elçin Əmirbəyov Litvanın XİN başçısı ilə görüşdü

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla