Yuxarı

Nazirimiz Coratda çimərliyi təmizlədi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqının çimərliyin təmizlənməsi tədbiri “Təmiz Dəniz səndən başlayır!” şüarı altında keçirilib.

Axar.az xəbər verir ki, 19 sentyabr tarixində Avropa İttifaqı (Aİ) Nümayəndəliyi Beynəlxalq Sahilyanı Təmizlik Günü münasibətilə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə #EUBeachCleanup keçirib.

Ekologiya və Təbii Sərvətlər Naziri Muxtar Babayev, Aİ-nın Azərbaycandakı Nümayəndəliyinin rəhbəri səfir Kəstutis Yankauskas və Latviya Respublikasının Fövqəladə və Səlahiyyətli səfiri Dainis Garançs tədbirdə iştirak ediblər.

Avropa İttifaqına üzv dövlətlərin səfirliklərinin, Avropa İttifaqının Azərbaycanda həyata keçirilən layihələrinin, Gənc Avropa Səfirlərinin, Avropa Yenidənqurma və İnkişaf Bankının və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ), AzEkol şirkətinin, EkoSfera Sosial-Ekoloji Mərkəzinin nümayəndələri və gənc könüllülər tədbirdə iştirak etmişlər.

Tədbirdə Sumqayıt şəhərinin Corat qəsəbəsi sahil ərazisində 5 ha ərazi plastik tullantılardan təmizlənib. Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin dəstəyi ilə həmin ərazidə tullantıların çeşidlənməsi üçün xüsusi konteynerlər yerləşdirilib.

Məqsəd Abşeron çimərliklərindən birinin sadəcə gözəl qalması və təmizlənməsi deyil, həm də media və ictimaiyyətin diqqətini dənizin çirklənməsi və plastik tullantılarla bağlı çətinliklərə cəlb etməkdir.

Tədbir pandemiya şəraitində xüsusi karantin rejiminin qaydalarına uyğun olaraq təhlükəsiz şəkildə sosial məsafəyə riayət etməklə təşkil edilib.

Tarix
2020.09.20 / 11:20
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla