Yuxarı

İlham Rəhimov himayəyə götürdüyü uşağın ailəsi ilə... - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlham Rəhimov himayəyə götürdüyü uşağın ailəsi ilə... - Video

Hüquq professoru, məşhur azərbaycanlı iş adamı İlham Rəhimov Tovuz rayonuna gedib.

Axar.az Musavat.com-a istinadən xəbər verir ki, əslən Tovuzdan olan professor İlham Rəhimov Ağdam kəndində şəhid Elşad Məmmədovun ailəsini ziyarət edib.

Tovuz hadisələrinin ilk şəhidlərindən olan baş əsgər Elşad Məmmədovun ailə üzvləri ilə görüşən İlham Rəhimov bildirib ki, şəhidimizin övladı və ailə üzvlərini daim diqqətdə saxlayacaq.

Daha əvvəl də xəbər verdiyimiz kimi, İlham Rəhimov şəhid Elşad Məmmədovun 10 aylıq övladı Məhəmmədi himayəyə götürüb.

İlham Rəhimov şəhidin ailəsini ziyarət edən zaman deyib ki, ömrünün sonuna qədər ailəyə lazım olan bütün maddi və mənəvi dəstəyi göstərəcək.

“Mənə bir şey olsa belə qızıma tapşırmışam. Sizi heç zaman tək qoymayacaq, lazım olan dəstəyi göstərəcək”, - deyə İlham Rəhimov şəhidin atası Dönməz Məmmədovla söhbətində qeyd edib.

Tarix
2020.09.20 / 20:48
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla