Yuxarı

Lotu Qulinin imperiyasını çeçen avtoritet ələ keçirir?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Lotu Qulinin imperiyasını çeçen avtoritet ələ keçirir?

"Lotu Quli" ləqəbli məşhur azərbaycanlı qanuni oğru Nadir Səlifovun öldürülməsindən sonra onun biznesinə çeçen Əhməd Dombayev (Əhməd Şalinski) iddia edir.

Axar.az Virtualaz.org-a istinadən xəbər verir ki, Əhməd Şalinski cinayətkar aləmin Çelyabinsk vilayəti üzrə kuratorudur (“smotryaşiy”). Lotu Qulinin öldürülməsindən sonra onun biznes imperiyasına qardaşı Namiq Səlifov başçılıq edir. Rusiyanın iri bazarlar və topdansatış mərkəzlərinin ticarətçiləri indi ona haqq ödəyirlər.

Lakin Əhməd Şalinski indi bu biznesə iddia edir. Bildirilir ki, çeçenlər hələ də həbsxanalarda və islah əmək düşərgələrində “smotryaşiy” olaraq qalırlar. Onların arasında ən nüfuzlusu Dombayev hesab olunur.

Ə.Dombayev 2009-cu ildə kriminal karyerasına başlayıb.

Moskvada silah tətbiq etməklə TIR-ı soyub. Buna görə 10 il həbs cəzası alıb. Həbsxanaya düşən kimi kriminal aləmdə nüfuz qazanmağa başlayıb. 2012-ci ildə ona “qanuni oğru” titulu veriblər.

2019-cu ildə azadlığa buraxılandan sonra Dombayev Çeçenistana qayıdıb, amma 2020-ci ilin iyununda Moskvaya gedib. Onun Moskvada meyvə-tərəvəz alverini nəzarətə götürmək istədiyi təxmin edilir.

Lakin “Praym Kraym” portalının əldə etdiyi məlumata görə, Əhməd Şalinski bu günlərdə tələsik Moskvadan qaçıb. Çünki onun barəsində Rusiya Cinayət Məcəlləsinin 210-cu maddəsi (cinayətkar iyerarxiyada yüksək mövqeyə sahibi olmaq) üzrə cinayət işi qaldırılıb. Cinayət işinin qaldırılmasının təşəbbüskarı Şimali Osetiyanın Daxili İşlər Nazirliyidir. Bu maddə isə onu 8 ildən 15 ilə qədər həbs gözləyir.

Tarix
2020.09.22 / 00:25
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyəyə qarşı sensasion plan işə düşdü - Müharibə başladı

Efiopiya ilə bir sıra sənədlər imzalandı

Şuşanı “təhvil verən” general hər şeyi danışdı - Video

Rusiya Ermənistanda bundan məhrum edilir - Bakının nəzarəti...

Milli Məclisin növbəti plenar iclası başladı

İlham Əliyevin Efiopiyanın baş naziri ilə təkbətək görüşü...

Paşinyandan ayrılan Anna qızıllarını göstərdi - Video

Onları Prezidentlə xanımı qarşıladı

Prezident Xocalı Soyqırımı Memorialının açılışında... - Foto

Fidandan Azərbaycan açıqlaması: Yanınızdayıq!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla